Gürcüstanın Baş naziri Azərbaycan Respublikasının Baş nazirinə məktub göndərib
Operativmedia saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova məktub ünvanlayıb. Məktubda deyilir:
“Gürcüstanda keçirilmiş parlament seçkilərində əldə olunmuş qələbə münasibətilə göndərdiyiniz təbrikə və xoş arzulara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək Gürcüstanla Azərbaycan arasında möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək üçün hazır olduğumuzu bir daha təsdiqləmək istəyirəm. Ölkələrimiz arasındakı strateji münasibətlər regionda sülh və sabitlik üçün olduqca əhəmiyyətlidir və inanıram ki, birgə səylərimizlə, bütün sahələrdə gələcək əməkdaşlığımız daha da möhkəmlənəcəkdir”.
Bu mövzuda digər xəbərlər:Gürcüstanın Baş naziri Əli Əsədova məktub göndərib
06 Noyabr 2024 14:57
Estoniyadan Gürcüstanın Baş nazirinə SANKSİYA
15 Dekabr 2024 18:10
Israilin Baş naziri Azərbaycan Prezidentinə məktub göndərib
04 İyun 2025 00:29
ABŞdən Gürcüstanın sabiq baş nazirinə sanksiyalar
27 Dekabr 2024 23:59
Gürcüstanın baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdi
13 Fevral 2025 00:42
Baxış sayı:112
Bu xəbər 06 Noyabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















