Gürcüstanın Baş naziri istefa verməyə hazırlaşır
Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze vəzifəsini tərk etməyə hazırlaşır.
Bu barədə Gürcüstanın yerli KİV-i məlumat yayıb.
Bildirilib ki, artıq hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili müvafiq qərarı qəbul edib.
İvanişvilinin Makronla telefon danışığının da Kobaxidzenin istefasını sürətləndirəcəyi qeyd olunub(APA).

