Almaniyada Hitlerin “Qartal yuvasını” yandırdılar
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Almaniyada naməlum şəxs Adolf Hitlerin “Qartal Yuvasını” (“Kelştaynhaus”) yandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” qəzeti polisin rəsmi münayəndəsinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, yanğın 23 oktyabr cümə günü axşam başlayıb.
Yanğınsöndürən və təcili yardım xidmətləri gələndə bina artıq alov içində olub.
Polisin rəsmi nümayəndəsi bildirib ki, evə ciddi ziyan dəyib və təmir olunmaq ehtimalı azdır.
Polis hadisə yerinə gedərkən motosikletçi ilə qarşılaşdığını bildirib.
O, qəsdən yandırma şübhəsi ilə həbs edilib. Hazırda şübhəli polis tərəfindən dindirilir.
“Bild”in məlumatına görə, həbs olunan şəxs Berlin sakinidir. Hesabatda deyilir ki, hadisə yerində o, psixi qeyri-sabitlik əlamətləri göstərib.
Qeyd edək “Qartal yuvası” iqamətgahı Bavariyanın Alp dağlarında yerləşən və 1937-1938-ci illər arasında NSDAP (Nasional Sosialist Alman Fəhlə Partiyası) Kanslerliyinin rəhbəri Martin Bormann tərəfindən tikilən bir çayxanadır. Bina Hitlerin 50 illik yubileyi üçün hədiyyə kimi inşa edilib. İqamətgah Kelştayn dağında, 1834 metr yüksəklikdə yerləşir.
Bu mövzuda digər xəbərlər:Adolf Hitlerin “Qartal yuvası“ kül oldu FOTO
24 Oktyabr 2026 10:26
Hitlerin keçmiş iqamətgahı olan Qartal Yuvası yandı FOTO
24 Oktyabr 2026 10:37
Almaniyada müəmma: Hitlerin sevimli simvolu üzə çıxdı
06 Noyabr 2025 12:33
Hitlerin hakimiyyətə gəlişindən bəhs edən yeni roman Almaniyada bestseller oldu
24 İyun 2025 18:30
“Qartal”ın enişi..?
12 Noyabr 2024 19:41
Baxış sayı:137
Bu xəbər 24 Oktyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















