Icma.az
close
up
RU
Gürcüstanın Prezidenti Novruz şənliyində iştirak edib FOTOLAR

Gürcüstanın Prezidenti Novruz şənliyində iştirak edib FOTOLAR

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Marneuli meriyası Novruz bayramı münasibətilə tədbir təşkil edib. Tədbirə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili, Baş naziri İrakli Kobaxidze, Parlament sədri Şalva Papuaşvili və digər rəsmi şəxslər qatılıb.

"Unikal" xəbər verir ki, bayram tədbirində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi də iştirak edib. Mərkəzin “Robotexnika” klubunun üzvlərinin 3D printerlə hazırladığı və üzərində Marneulinin gerbi əks olunan plaketlər Gürcüstan Prezidentinə və Baş nazirinə hədiyyə verilib. Parlament sədrinə isə rəsm klubunun üzvlərinin əsəri təqdim olunub. Rəsmilər daha sonra Azərbaycan guşəsində GAİM-in üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Marneulidə digər bir bayram tədbiri Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində baş tutub. Tədbirdə gürcü və ingilis dili qrupunun şagirdləri hər iki dildə çıxış ediblər. Gimnastika dərnəyinin şagirdlərinin ifasında rəqs nömrəsi nümayiş olunub. Bayramın əsas personajlarından Bahar qızı, Kosa və Keçəlin iştirakı şənliyə rəng qatıb.  Onlar yumurta döyüşdürüb, uşaqları əyləndiriblər. Ardınca şeirlər və mahnılar səsləndirilib. Sonda GAİM-in icraçı direktoru Murad Muradov bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək onlara firavanlıq və xoşbəxtlik arzulayıb.

Novruz bayramı Laqodexi rayonun Qabal kəndində də qeyd olunub. Qabal İnkişaf Mərkəzinin təşkilatçılığı ilə müxtəlif idman yarışları və el şənliyi keçirilib. Səhər saatlarında at yarışları ilə başlayan tədbir konsert proqramı ilə başa çatıb. Gürcüstanın müxtəlif bölgələrindən gələn idmançılar güləş, marafon yürüşü, kikboks, futbol və voleybol yarışlarında güclərini sınayıblar. Qaliblərə kubok, diplom və pul mükafatları təqdim olunub. Mərkəzin rəhbəri Yavər Məmmədov tədbirin təşkilində zəhmət çəkənlərə və verdiyi dəstəyə görə Lagodexi bələdiyyəsinə minnətdarlığını bildirib. Tədbir daha sonra Novruz adətlərinin icrası, vətənə aid şeirlərin söylənməsi, mahnı və rəqslərin ifası ilə davam edib. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Aprel 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri