Icma.az
close
up
RU
Gürcüstanın dövlət və hökumət başçıları Marneulidə Novruz şənliyində iştirak ediblər

Gürcüstanın dövlət və hökumət başçıları Marneulidə Novruz şənliyində iştirak ediblər

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Martın 21-də Gürcüstanın Marneuli rayonunda Novruz bayramı qeyd olunub.

525.az xəbər verir ki, bayram şənliyində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, ombudsman Levan İoseliani, Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvelidiani, dövlət və hökumət təmsilçiləri, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Faiq Quliyev və Ali Kaan Orbay, ölkəmizin Batumidəki Baş konsulu Fuad Əzizov, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Marneulinin mərkəzində Novruz bayramı ilə əlaqədar təşkil olunmuş guşələr ziyarət edilib, idman yarışları izlənilib, qaliblərə mükafatlar təqdim olunub.

Sonra Gürcüstanın dövlət və hökumət rəsmiləri, eləcə də səfir Faiq Quliyev Novruz tonqalını alovlandırıblar.

Marneuli şəhərinin meri Kənan Ömərov tədbiri açdıqdan sonra Prezident Mixeil Kavelaşvili çıxışında deyib ki, bu gün yeni enerjinin, yeni ilin, yeni həyatın başlanğıcı günüdür: "Biz əsrlər boyu bir yerdə yaşamışıq və ölkəmizə qayğı göstərmişik. Bu müddət ərzində biz bir-birimizdən çox şey öyrənmişik və müxtəlif mədəni dəyərləri paylaşmışıq. İstəyirəm ki, hamımız bir-birimizə daha çox sevgi, sevinc və hörmətlə yanaşaraq, sevimli ölkəmiz olan Gürcüstana daha çox töhfə verək. Gürcüstan Prezidenti kimi mən sizin hər birinizi bugünkü bayram münasibətilə bir daha təbrik edirəm və söz verirəm ki, ölkəmizi gücləndirmək üçün hamınızın yanında olacağam”, - deyə Kavelaşvili bildirib.

Baş nazir İrakli Kobaxidze Azərbaycan xalqına və Novruz bayramını qeyd edən bütün insanlara müraciət edərək, onlara sülh və firavanlıq arzulayıb. “Novruz bayramı yenilənmə, xeyirxahlıq bayramıdır. Biz xristianlarla müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayış, dostluq münasibəti ilə fəxr edirik. Bu, həqiqətən də qürurverici bir münasibətdir, dostluqdur. Uzun illərdir ki, biz ölkəmizin gələcəyini birgə yaradırıq. Bu tarix bu gün də davam edir və gözəl ənənədir ki, biz Novruz bayramını bizim uşaqlara, Novruz bayramını gələcək nəsillərə ötürməliyik. Sizə ən xoş arzular, sülh və firavanlıq arzulayıram”, - deyə İrakli Kobaxidze əlavə edib.

Şalva Papuaşvili və digər rəsmi şəxslər ölkənin azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edib, Novruzu qeyd edən insanlara cansağlığı, sülh və tərəqqi arzulayıblar.

Sonra tədbir konsert proqramı ilə davam edib. (AZƏRTAC)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Mart 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri