Icma.az
close
up
RU
Gürcüstanın suverenliyi Avropa İttifaqının təcrübə hədəfində

Gürcüstanın suverenliyi Avropa İttifaqının təcrübə hədəfində

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstan uzun illərdir ki, Avropa İttifaqı (Aİ) ilə sıx əməkdaşlığa və Avropa ailəsinə inteqrasiyaya önəm verir. Bu istiqamətdə Assosiasiya sazişi, azad ticarət rejimi (DCFTA) və viza liberallaşdırması kimi mühüm addımlar atılıb. Bu sənədlər Tbilisinin Aİ ilə yaxınlaşmaq istəyinin və prosesə verdiyi strateji əhəmiyyətin göstəricisidir.

Son dövrlər Aİ-nin Gürcüstana yönəlik bəzi tələbləri və gözləntiləri ölkə daxilində müəyyən narazılıqlara səbəb olub. Gürcüstan cəmiyyətində belə bir sual getdikcə daha çox səslənir: Avropa dəyərləri ilə Gürcüstanın milli dəyərləri arasında uyğunluq varmı? Bu inteqrasiya prosesi Gürcüstanın suverenliyinə və qərarvermə hüququna nə dərəcədə təsir edir?

Baş nazir İrakli Kobaxidze son çıxışlarında bu suallara cavab verməyə çalışıb. Hökumət başçısı qeyd edib ki, Gürcüstan Avropa ilə əməkdaşlığa hazırdır, amma bu əməkdaşlıq ölkənin milli maraqları və daxili-siyasi prioritetləri ilə ziddiyyət təşkil etməməlidir. O, Brüsselin Tbilisi ilə açıq və bərabərhüquqlu dialoqa girməkdən yayınmasını tənqid edərək bunu arqument çatışmazlığı ilə izah edib: “Biz Aİ bürokratiyasına bir daha müraciət edirik: gəlin, masa arxasında oturaq və danışaq. Əgər arqumentləriniz varsa, biz dinləməyə hazırıq. Amma bu danışıqlardan yayınmanız göstərir ki, əslində arqumentiniz yoxdur”.

Baş nazir vurğulayıb ki, Brüssel Tbilisidən eynicinsli nikah və cinsin dəyişdirilməsi ilə bağlı məhdudiyyətlərin qanunvericilikdən çıxarılmasını tələb edir ki, bu da mümkün deyil: “Bu, açıq şantajdır. Mən tam məsuliyyətlə deyirəm ki, Gürcüstanda heç kim mülki reyestrdə öz cinsini dəyişdirə bilməyəcək. Bizim xalqın iradəsi və milli kimliyimiz bu tələblərlə uyğun gəlmir. Aİ-nin bu cür tələblər irəli sürməsi absurd və qəbuledilməzdir”.

Brüsselin oxşar tələbləri yalnız Gürcüstanla məhdudlaşmır. Kobaxidze misal olaraq Macarıstanı göstərib və qeyd edib ki, rəsmi Budapeşt də oxşar mövqeyinə görə Aİ-nin maliyyə dəstəyindən məhrum edilib. Onun fikrincə, yaranmış vəziyyət Aİ daxilində alternativ baxışlara qarşı dözümsüz yanaşmanın və bürokratik aparatın birtərəfli siyasətinin nəticəsidir.

İrakli Kobaxidzenin çağırışı təkcə Aİ-yə ünvanlanan siyasi bəyanat deyil, eyni zamanda, Gürcüstanın gələcək istiqamətinə dair strateji mesajdır. Bəli, Gürcüstan Qərblə əməkdaşlıqda maraqlıdır, lakin bu əməkdaşlığın forması və şərtləri qarşılıqlı hörmət və suverenlik prinsiplərinə əsaslanmalıdır. O da məlumdur ki, xarici tərəfdaşlarla münasibətlərdə dialoq və qarşılıqlı anlayış vacibdir, fəqət, diktə və ya siyasi şantaj kimi addımlar milli müqavimət doğurur və cəmiyyətdə əks-təsir yaradır, Tbilisini Aİ-dən uzaqlaşdırır.

Ümumiyyətlə, Gürcüstan hökumətinin son açıqlamaları ölkənin Avropa ilə münasibətlərində yeni mərhələyə keçdiyini göstərir. Bu mərhələ yalnız hüquqi və institusional yox, eyni zamanda, ideoloji və dəyərlər müstəvisində yeni balansların formalaşmasını tələb edir.

***

Qeyd edək ki, tərəflər arasında münasibətlərə ötən il keçirilən parlament seçkilərinin təsiri az olmayıb. Bu gün də Qərb həmin seçkilərin nəticəsinin ləğv olunmasını və təkrar seçkilərin keçirilməsini tələb edir. Artıq qarşıdan gələn, yəni, oktyabrın 4-də baş tutacaq yerli seçkilər də ölkənin daxili siyasi gündəminin əsas prioritetlərindən birinə çevrilib. İndidən yerli seçkilər Gürcüstanın Aİ ilə münasibətlərində yeni fikir ayrılıqları yaradıb. Brüssel bu seçkilərdə şəffaflığı, seçki mühiti və siyasi plüralizmin təmin olunması ilə bağlı narahatlıqlarını bildirib. Bu narahatlıq isə medianın, vətəndaş cəmiyyətinin və müxalifətin fəaliyyət imkanlarının məhdudlaşdırıldığı ilə bağlıdır. Brüssel hesab edir ki, bu amillər demokratik seçki mühitinin zəifləməsinə səbəb olur. Xüsusilə, Qərb “Xarici təsirin şəffaflığı haqqında” Qanunun qəbulunu heç cür həzm edə bilmir. Çünki sənəd QHT-lərin qeydiyyatını tələb edir. Onların da əksəriyyəti xarici mənbələrdən maliyyələşir və onların maraqlarına xidmət edir.

Gürcüstan hakimiyyəti öz növbəsində Aİ-nin yerli seçkilərlə bağlı narahatlığını əsasız və siyasi manipulyasiya sayır. Tbilisiyə görə, seçkilərin keçirilməsi ölkənin daxili suveren məsələsidir və xalqın iradəsindən qaynaqlanır. Eyni zamanda, Gürcüstan rəsmiləri Aİ-nin mövqeyini “ikili standartlar” və daxili işlərə müdaxilə kimi qiymətləndirir, Qərbdən obyektiv yanaşma tələb edirlər.

***

Gürcüstanın Aİ ilə münasibətlərindəki müəyyən etimad çatışmazlığı şəraitində yerli hakimiyyət orqanlarına seçkilərdə iştirakla bağlı müxalifət arasında fikir ayrılığı qalır. Müxalifətin bir hissəsi seçki prosedurunda iştirak etməyi planlaşdırdığı halda, digərləri inqilabi ssenarilər hazırlayır və iğtişaşlara hazırlaşır. “Vahid Milli Hərəkat”ın siyasi şurasının sədri Levan Xabeişvilinin oktyabrın 4-də, yerli hakimiyyət orqanlarına seçkilər günü hökumətin “dinc yolla devrilməsi” planları ilə bağlı bəyanatları Gürcüstanın siyasi spektrində geniş rezonans doğurub.

Xabeişvili bir müddət əvvəl “PalitraNews” telekanalının efirində deyib ki, seçki günü hakimiyyət “xüsusi əməliyyat” keçirəcək. O, ictimaiyyəti birgə mübarizəyə çağırıb: “4 oktyabr hakimiyyət dəyişikliyi üçün “təbii son tarixdir”.

Milli Hərəkatın keçmiş liderinin mövqeyini onun partiyadaşları da dəstəkləyir. Partiyanın baş katibinin müavini İrakli Pavlenişvili vurğulayıb ki, indiki siyasi şəraitdə inqilab lazımdır: “Hamının təcrid və həbslərə məhkum olduğu vəziyyətdən yeganə çıxış yolu dinc etirazla hakimiyyətin dəyişməsidir”. Müxalifətdəki “Rustaveli prospekti hərəkatı”nın lideri Paata Burçuladze də oktyabrın 4-nü – yerli hakimiyyət orqanlarına seçkilər gününü “tarixi qələbə və hökumətin dinc yolla devrilməsi günü” elan edib. Amma bir sıra müxalif partiyalar bu mövqe ilə razılaşmır. Xüsusən “Qirçi” partiyasının sədri və Tbilisi meri postuna namizəd İaqo Xviçia Xabeişvilinin kampaniyasını əsassız adlandırıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze də müxalifət siyasətçilərinin “dövlətin dinc yolla devrilməsi” ilə bağlı bəyanatlarına müsabət bildirib: “Dövlət öz yerindədir və heç kimə onu hər hansı bir yolla devirməyə imkan verilməyəcək”.

O, daha sonra deyib: “Biz bu illər ərzində cəmiyyətə söz vermişik ki, heç kimə bunu etməyə imkan verməyəcəyik və sözümüzü tutmuşuq, indi də söz veririk və bu sözə mütləq əməl edəcəyik. Baş nazirin sözlərinə görə, bu cür açıqlamalar radikal müxalifətin simasını göstərir: “Bütün bu illər ərzində onlar davamlı olaraq hökuməti devirməkdən, inqilabdan danışırlar. Onların uğur qazanmaması isə onların sifətindən, ruhundan və münasibətindən xəbər verir. Xarici agentlər belə hərəkət edirlər”.

Hadisələrin fonunda Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Güclü Gürcüstan – Lelo” müxalifət partiyasının liderləri Mamuka Xazaradze və Badri Japaridzeni əfv edib. Prezident açıqlamasında bildirib ki, bu qərar yerli özünüidarəetmə seçkilərinin məhdud rəqabət şəraitində keçirildiyi ilə bağlı deyilənlərin qarşısını almaq məqsədi daşıyır. Prezident, həmçinin bütün seçki subyektlərini seçkilərin sağlam və sakit şəraitdə keçirilməsinə dəstək verməyə çağırıb. Beləliklə, müxalifət daxilindəki mövcud parçalanma onların yerli seçkilərdə məğlubiyyətə uğrayacağından xəbər verir.

***

Bütün bunlara baxmayaraq, Gürcüstan və Aİ arasında dialoq tam kəsilməyib. Müəyyən fikir ayrılıqları olsa da, əməkdaşlıq kanalları açıqdır. Gürcüstan rəsmiləri Aİ nümayəndələrini açıq müzakirəyə dəvət etməklə konstruktiv dialoq imkanlarını qoruyub saxlamağa çalışırlar. Bu, bir tərəfdən Gürcüstanın inteqrasiya yolundan dönmədiyini, digər tərəfdən bu yolu öz milli şərtləri ilə getmək istədiyini göstərir.

4 oktyabr seçkilərinin nəticələri yalnız Gürcüstanın daxili siyasi tarazlığı üçün deyil, həm də Aİ ilə münasibətlərinin gələcək formatı üçün həlledici rol oynayacaq. Əgər tərəflər bir-birini siyasi niyyətlərə görə deyil, real proseslərə və nəticələrə əsaslanaraq qiymətləndirsə, fikir ayrılıqları aradan qaldırıla və yeni əməkdaşlıq imkanları formalaşa bilər. Əks təqdirdə, qarşılıqlı inamsızlıq dərinləşə və Gürcüstanın avrointeqrasiya prosesini ləngidə bilər.

P.S. Gürcüstan Xarici İşlər Nazirliyi avqustun 31-də tövsiyələrin yerinə yetirilməsi ilə bağlı hesabatın Avropa Komissiyasına göndərildiyini bildirib. Daha əvvəl, iyulun 16-da Miqrasiya Məsələləri üzrə Avropa Komissiyası Gürcüstan XİN-dən avqustun sonuna qədər vizasız rejimin saxlanması ilə bağlı şərtlərin yerinə yetirilməsi barədə məlumat verməyi xahiş edib. Bu şərtlərin arasında “Xarici agentlər haqqında” Qanunun və LGBT təbliğatının qadağan edilməsinin ləğvi də var. Amma hələlik hesabatla maraqlanan yoxdur. Belə bir təəssürat yaranıb ki, Avropa Komissiyası Gürcüstanın göndərdiyi məktubu oxumağa tələsmir...

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Sentyabr 2025 07:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see141

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see132

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see129

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see129

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see127

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see126

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see125

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see124

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see123

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see123

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see122

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see122

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see121

Telefonu bir əlində tutub digər əllə yazmaq ciddi xəstəliyə səbəb OLA BİLƏR

05 Sentyabr 2025 13:14see121

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see120

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see120

Nobel mükafatları bu tarixlərdə veriləcək

05 Sentyabr 2025 14:11see120

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see118

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see117

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri