Icma.az
close
up
RU
Gürcüstanın XİN başçısı: Aİ ilə mövcud münasibət arzuolunan səviyyədə deyil, amma şərtlər dəyişə bilər

Gürcüstanın XİN başçısı: Aİ ilə mövcud münasibət arzuolunan səviyyədə deyil, amma şərtlər dəyişə bilər

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Avropa İttifaqı (Aİ) ilə mövcud münasibətlər arzuolunan səviyyədə deyil, amma şərtlər dəyişə və yeni imkanlar açıla bilər.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqı ilə münasibətlərin hazırkı vəziyyətindən danışarkən deyib.

Nazir vurğulayıb ki, son dövrlərdə Avropa İttifaqı ilə əməkdaşlıq dinamikası nəzərəçarpacaq dərəcədə dəyişib:

“Ənənəvi tərəfdaşlarımız, müttəfiqlərimiz və dostlarımız Gürcüstanın daxili işlərinə müdaxilə və təzyiq baxımından bir nömrəli tənqidçiyə çevriliblər. Burada avropalı tərəfdaşlarımızı nəzərdə tuturam. Onların belə davranışlarının səbəbləri ayrıca müzakirə mövzusudur. Mən bunu regionumuzda, daha geniş mənada isə Avropada artan təhlükəsizlik problemləri ilə əlaqələndirirəm. Aydındır ki, müəyyən qorxular var və məhz bu qorxular Gürcüstanla bağlı bəzi tərəfdaş ölkələrin sərt reaksiyalarına səbəb olur”.

M.Boçorişvili əlavə edib ki, bu dəyişikliklər Gürcüstan üçün də vacib dərslər verir və bu təcrübə gələcəkdə münasibətlərin normallaşdırılmasına töhfə verəcək.

O, Avropa tərəfdaşları ilə diplomatik kanallar vasitəsilə dialoqun davam etdiyini də vurğulayıb:

“Biz həmişə deyirik ki, əməkdaşlıq münasibətlərin normal şəkildə inkişaf etdiyi formatda davam etməlidir. Əgər hər hansı məsələ varsa, bu, uyğun formalarda ifadə olunmalıdır. Lakin bəzən elə açıqlamalar verilir ki, onlar olduqca təhqiramiz olur. Belə olan halda masa arxasında ciddi müzakirələr aparmaq çətinləşir, amma biz bunu etməyə davam edirik”.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://report.az
archiveBu xəbər 13 Yanvar 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri