Icma.az
close
up
RU
Gürcüstanla Azərbaycan arasında çox ciddi müttəfiqlik münasibəti var ŞƏRH EDİLDİ

Gürcüstanla Azərbaycan arasında çox ciddi müttəfiqlik münasibəti var ŞƏRH EDİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Gürcüstanla Azərbaycan arasında çox ciddi müttəfiqlik münasibəti var. Eyni zamanda nümunəvi qonşuluq münasibətimiz var. Gürcüstanın hansısa kritik vəziyyətlərdə olması ilə bağlı informasiyalar var. Amma hər hansı bir şərtlərdə Azərbaycanla Gürcüstan arasında bir problemin yaşanmadığını görürük. Əksinə həmişə bir-birinə ciddi dəstək verən ölkələr kimi tanınırlar. Ona görə də Gürcüstan Prezidentinin Azərbaycana səfəri bu dostluğun bariz nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, dostluq münasibətlərinin də inkişafı gələcəkdə daha çox olacaq: "Çünki insanlarımızın böyük əksəriyyəti də Gürcüstan-Azərbaycan münasibətlərində həmişə əlaqələrin qorunmasına dəstək verirlər.

Bu gün Gürcüstanın özündə müəyyən çətinliklər yaşanır. Amma bu nə qədər çətinlik olursa-olsun, istər Gürcüstan hakimiyyəti, istərsə də Azərbaycan hakimiyyəti bilirlər ki, məhz Qafqazda müəyyən münasibətlərin yaxşı istiqamətdə dəyişməsi üçün mütləq bu iki ölkənin möhkəm dostluq tellərini qoruması lazımdır. Hətta son vaxt Antalya forumunda da Gürcüstan Xarici İşlər Naziri Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri ilə birlikdə bu iclasda iştirak edib. Bu da onu göstərir ki, Qafqazın taleyi üçün bu üç ölkənin bir yerdə müəyyən fəaliyyətlərini genişləndirməsi olduqca əhəmiyyətlidir".

Milli Məclisin deputatı həmçinin qeyd edib ki, Gürcüstan-Azərbaycan münasibətlərində daha ciddi irəliləyişlərin şahidi olacıq: "Burada iqtisadi bağlarımız məsələsi var. Türkiyə ilə bizim hər hansı bir şəkildə əlaqələrimiz, iqtisadi tranzit xətlərinin keçirilməsidə Gürcüstan üzərindən bir çox hallarda gerçəkləşib.

Bakı-Tblisi-Qars dəmiryolu kimi strateji əhəmiyyətli bir yolda buradan keçir. Bu birlikdə gələcəyin qurulması baxımından Gürcüstan-Azərbaycan münasibətləri, eyni zamanda Türkiyənin də gələcəyini maraqlandıran münasibətlərdir. Bu irəliyə doğru daha da inkişaf edəcəkdir. Gürcüstan Prezidentinin gəlişi, Parlament və Prezidentimizlə təmasları onu göstərdi ki, Azərbaycan dövlətidə Gürcüstanla münasibətlərə nə qədər böyük önəm verir. Bizim Parlamentin dostluq qrupu da, işçi qrupu da ən fəal işçi qruplarından biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Aprel 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri