Güzəştli kreditlər hansı sahibkarlara verilib?
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2024-cü il ərzində Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərindən yararlanmış layihələrin 99,8 faizi, kredit məbləğinin isə 93,4 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olub.
Modern.az Fonda istinadən xəbər verir ki, hesabat dövründə kredit sayının sahibkarlıq subyektləri üzrə bölgüsündə 95,4 faiz mikro, 3,3 faiz kiçik, 1,1 faiz orta sahibkarlıq subyektlərinin payına düşüb.
Güzəştli kredit məbləğinin sahibkarlıq subyektləri üzrə bölgüsündə isə mikro sahibkarlıq subyektlərinin payı 66,8 faiz, kiçik sahibkarlıq subyektlərinin payı 16,4 faiz, orta sahibkarlıq subyektlərinin payı 10,2 faiz təşkil edib.
Xatırladaq ki, 2024-cü il ərzində 5722 layihənin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər hesabına 4334 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 10 Fevral 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















