Icma.az
close
up
RU
Haalandın 10 il əvvəl yazdığı mahnı viral oldu Video

Haalandın 10 il əvvəl yazdığı mahnı viral oldu Video

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Norveç millisinin hücumçusu Erlinq Haaland təkcə Dünya Çempionatındakı möhtəşəm oyunu ilə deyil, həm də illər əvvəl yazdığı replə yenidən diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, “Mançester Siti”nin ulduz futbolçusunun 2016-cı ildə dostları Erik Botheim və Erik Tobias Sandberqlə birlikdə hazırladığı “Kygo jo” adlı mahnı sosial şəbəkələrdə yenidən populyarlaşıb.

O zaman cəmi 15 yaşı olan Haaland “Lyng” təxəllüsü ilə mahnıda rep ifa edib.

Mahnının ev şəraitində çəkilmiş klipində Haaland dostları ilə birlikdə qril hazırlayır, batutda tullanır və oyuncaq avtomobildə görüntülənir. Aradan on il keçməsinə baxmayaraq, video yenidən gündəmə gələrək, “YouTube” platformasında 21 milyondan çox baxış toplayıb.

Haalandın mahnısı Norveç millisinin DÇ-dəki uğurlu çıxışından sonra daha da məşhurlaşıb. Azarkeşlər sosial şəbəkələrdə mahnının stadionlarda səsləndirilməsini istəyiblər.

Norveçli məşhur DJ Kygo da “Kygo jo” mahnısının yeni house-remiksini təqdim edib. Bu versiya “Spotify” və digər platformalarda sürətlə yayılmağa başlayıb.

Sosial şəbəkələrdə mahnı ilə bağlı çoxsaylı şərhlər paylaşılır. Bəzi istifadəçilər “Futbol dünyası böyük bir musiqiçini itirib”, digərləri isə “Norveç İngiltərəni məğlub etsə, bu mahnı stadionda səslənməlidir” yazıblar.

Qeyd edək ki, Norveç millisi DÇ-nin 1/8 final mərhələsində Braziliyanı 2:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə turnirin dörddəbir finalına yüksəlib. Həmin görüşdə komandasının hər iki qolunu Erlinq Haaland vurub. Norveç yığması dörddəbir final qarşılaşmasında İngiltərə ilə üz-üzə gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 İyul 2026 06:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see289

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see278

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see275

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see270

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see270

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see261

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see256

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see252

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see248

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see246

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see232

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see227

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see226

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see226

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see223

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see220

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see215

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see214

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see208

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri