Haalandın gəliri iki dəfə artdı
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Mançester Siti”nin hücumçusu Erlinq Haalandın klubu ilə imzalıdığl yeni müqavilənin detalları ortaya çıxıb.
QOL.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu sənəd futbolçunun imicindən istifadəyə görə əlavə ödənişlər, loyallıq bonusları və qonorar nəzərə alınmaqla, futbol tarixinin ən gəlirli müqaviləsidir.
Mənbənin məlumatına görə, 24 yaşlı futbolçu yeni müqaviləsinə əsasən həftədə təxminən 1 milyon funt sterlinq qazanacaq.
Yanvarın 17-də “Siti” Haaland ilə müqavilənin müddətinin uzadıldığını elan edib. Yeni müqavilə 2034-cü ilin yayına qədər qüvvədədir. Daha əvvəl “The Guardian” xəbər vermişdi ki, norveçli hücumçunun maaşı bonuslar nəzərə alınmasa, hazırda həftəlik 500 min funt sterlinq təşkil edir.
Baxış sayı:112
Bu xəbər 18 Yanvar 2025 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















