Icma.az
close
up
RU
Haber Global COP29la bağlı: Azərbaycan yaşıl enerjiyə keçid üçün düyməni basdı

Haber Global COP29la bağlı: Azərbaycan yaşıl enerjiyə keçid üçün düyməni basdı

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan yaşıl enerjiyə keçid istiqamətində sürətli addımlar atır. Xəzər dənizinin küləyi bərpaolunan enerji mənbəyi kimi qiymətləndiriləcək. İstehsal olunan enerji Avropaya da nəql olunacaq. Layihə, həmçinin, Bakıda keçirilən BMT-nin iqlim sammiti COP29-un gündəliyindədir".

Bu barədə "Haber Global"ın Azərbaycanın paytaxtı Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı yayımladığı reportajda bəhs edilir.

"Azərbaycanın paytaxtı Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası davam edir. Planetin gələcəyi ilə bağlı mühüm qərarlar müzakirə olunur. Sammit çərçivəsində Azərbaycan da yaşıl enerjiyə keçidlə bağlı bir çox təşəbbüslər irəli sürür", - deyə materialda bildirilir.

Reportajda, həmçinin, Bakıda fəaliyyət göstərən Sosial Araşdırmalar Mərkəzinin sektor müdiri İlyas Hüseynovun Azərbaycanın həyata keçirdiyi işlər barədə "Haber Global"a müsahibəsi yer alıb.

"Azərbaycanın da yaşıl enerjiyə keçidlə bağlı qlobal təşəbbüsləri və niyyətləri var. Çünki Xəzər dənizinin küləyi nəticəsində əldə edilən enerjinin Qərbə nəqli istiqamətində də araşdırmalar davam etdirilir. Burada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan saziş nəticəsində Qara dənizin dibindən elektrik kabeli çəkiləcək və bu kabel Avropaya yönəldiləcək. Bu layihə çox gözəl perspektivə malikdir. Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı atdığı addımların nə qədər düzgün olduğu Rusiya-Ukrayna müharibəsi ilə təsdiqini tapdı. Bu nöqteyi-nəzərdən, Azərbaycan bu fəaliyyətlərlə çox qabaqcıl baxış nümayiş etdirir", - deyə İlyas Hüseynov bildirib.

Qeyd edək ki, Azərbaycan 2024-cü ili "Yaşıl enerji ili" elan edib.

Hüseynov Azərbaycanla yanaşı, türk dünyasının atdığı addımlara da diqqət çəkib.

"Bizim üçün önəmli olan dünyanın qorunması və yaşıl bir dünyanın yaranmasıdır. Möhtərəm Prezident İlham Əliyev tərəfindən 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bizim üçün önəmli olan su resurslarının bərabər şəkildə paylanması, ekologiyanın mühafizəsi, ətraf mühitə verilən zərərin qarşısının alınmasıdır. Eyni zamanda, türk qardaşlarımızla da birlikdə mühüm işlər həyata keçirilməkdədir. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında çox mühüm bir razılaşma imzalandı və bu razılaşma nəticəsində Orta Asiyada türk dövlətlərinin enerji sahəsində fəaliyyətlərini biz tranzit ölkə olaraq Qərbə nəql edəcəyik", - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see251

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see184

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see137

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see137

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri