Icma.az
close
up
RU
“Haber Global”da COP29un birinci günü geniş işıqlandırılıb

“Haber Global”da COP29un birinci günü geniş işıqlandırılıb

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Haber Global” telekanalı Bakıda başlanan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransını (COP29) geniş işıqlandırır.

“Report” xəbər verir ki, mühüm beynəlxalq tədbir iqlim dəyişikliyinə qarşı tədbirləri müzakirə etmək üçün 100-dən çox ölkənin nümayəndələrini bir araya gətirib.

Telekanalın jurnalistləri və ekspertləri konfransın əsas məqamlarını qeyd edərək, iştirakçıların aktual qiymətləndirmələrini və fikirlərini təqdim ediblər.

“Haber Global” telekanalının baş meteoroloqu Bünyamin Sürmelinin çıxışı da diqqət çəkib. O, dünya iqliminin kritik vəziyyətdə olduğunu bildirib. Onun sözlərinə görə, dünya artıq iqlim dəyişikliyinin ciddi fəsadları ilə üzləşir ki, bu da Azərbaycan, İspaniya və İtaliyada quraqlıq nümunəsində görünür. “Planetimiz tarazlıq tapmağa çalışır, lakin antropogen fəaliyyətin nəticələri bu tarazlığı təhlükə altına alır”, – deyə Sürmeli vurğulayıb. O həmçinin deyib ki, COP29-da daha təmiz istehsal texnologiyalarına keçid üçün maliyyələşdirmə və qanunvericilik tədbirləri ilə bağlı məsələlər müzakirə olunur.

Telekanal həmçinin COP29-da Türkiyə pavilyonunun açılışını işıqlandırıb. Açılışda ətraf mühit və iqlim dəyişikliyi naziri Murat Kurum da daxil olmaqla Türkiyənin nazirləri iştirak ediblər. Nazir öz çıxışında Türkiyənin COP29-da iqlim dəyişikliyi ilə mübarizə üzrə strateji layihələrini təqdim etdiyini diqqətə çatdırıb. O həmçinin konfransın Azərbaycanla qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün əhəmiyyətini vurğulayaraq, Türkiyənin tədbirdə “güclü komanda” ilə iştirak etdiyini qeyd edib. Türkiyə stendində ölkənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında “sıfır tullantı” proqramı haqqında məlumat təqdim olunacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://report.az
archiveBu xəbər 14 Noyabr 2024 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri