“Haber Global”ın efirində Azərbaycan liderinin son bəyanatları geniş işıqlandırılıb
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin “Haber Global” telekanalında ekspertlərin iştirakı ilə hazırlanan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər yer alıb.
“Report” xəbər verir ki, müzakirələrdə Azərbaycan rəhbərinin Ankara ilə Bakının sıx əməkdaşlığı, Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsinin yolverilməzliyi barədə sözlərinə xüsusi diqqət yetirilib.
Azərbaycan liderinin “Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir” ifadəsinə xüsusi əhəmiyyət verən ekspertlər Prezident İlham Əliyevin Yaxın Şərqdə, xüsusilə Fələstin və Suriyadakı vəziyyətlə bağlı mövqeyi barədə danışıblar.
İstanbul Gelişim Universitetinin doktorantı Ali Semin bildirib ki, Türk Dövlətləri Təşkilatının aktiv fəaliyyət göstərməsində Türkiyə və Azərbaycanını xüsusi rolu var. Türkiyəli siyasi ekspert Oğuzhan Bilgin isə rəsmi Tehranın Azərbaycan və Türkiyəyə qarşı siyasətini kəskin tənqid edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 09 Yanvar 2025 02:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















