Icma.az
close
up
RU
“Habertürk“ün saxlanılan sabiq baş redaktoru ilə bağlı yeni ifadələr ortaya çıxdı

“Habertürk“ün saxlanılan sabiq baş redaktoru ilə bağlı yeni ifadələr ortaya çıxdı

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyədə "Habertürk" telekanalının keçmiş baş redaktoru Mehmet Akif Ersoyla birlikdə narkotik məclislərinə qatılan Meltem A.-nın məclisdən 9 gün sonra "Show TV" ilə yanaşı "Habertürk"də də proqramlar aparmağa başladığı məlum olub.

Moderator.az bu barədə "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı istintaq işi üzrə ifadə verən şahid Ersoy və Ahmet Göçmezlə Cihangirdə bir məkanda tanış olduğunu və 2023-cü sentyabrın 9-da Mehmet Akif, Ahmet və "Show TV"nin aparıcısı Meltem A.-nın da aralarında olduğu bir qrupla Arnavutköydəki bir gecə klubuna getdiyini bildirib.

Şahidin sözlərinə görə, daha sonra Göçmezin evinə gediblər və Ersoyla Göçmez tez-tez mətbəxə gedib-gəlirlərmiş.

"Ahmet mətbəxdən çıxdığı zaman şəhadət barmağı ilə dişini təmizlədi. Gəlib dodaqlarımdan öpdüyü zaman acı dad gəldi. Bunun nə olduğunu soruşanda dedi ki, kokain qəbul etmişəm, sənə təsir etməz", - deyə şahid qeyd edib.

Əlavə olaraq bildirib ki, başqa bir gün Mustafa Manaz, Ersoy və Göçmezin telefonunda "Məşhur olmağa çalışan qız" adı ilə qeyd olunan bir spikerin də yer aldığı qrup yenidən evdə toplaşıb. Daha sonra onlar Etilerdəki "Kütüphane" adlı məkana gediblər.

"Ahmet ayaqyolundan qayıtdıqdan sonra burnunun kənarında ağ bir şey gördüm. Ahmetə dedim və o da təmizlədi", - deyə o bildirib.

Şahidin ifadəsində diqqətçəkən məqamlardan biri "Habertürk"də işləmək üçün Ersoyla əlaqə saxlayan spikerin telefon nömrəsinin onun dostu Göçmezin telefonunda "Məşhur olmağa çalışan qız" kimi qeyd edilməsi olub.

Şahid bildirib ki, Ahmet Göçmez ona yaşadığı münasibətlərdən peşman olduğunu və Akifə etibar etməməli olduğunu deyib.

"Akif bəzən mənə yazırdı. 2024-cü ilin mart və aprel aylarında görüşüb dostlarının evinə getdik. Orada Ufuk Tetik var idi", - deyə o əlavə edib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, "Show TV"də spiker kimi çalışan Meltem A. Mehmet Akif Ersoyla görüşdükdən 9 gün sonra "Habertürk TV"də proqramlar aparmağa başlayıb. Bu vəziyyət narkotik məclislərində iştirak edən qadınlara sektorda irəliləmələri üçün üstünlüklər verildiyi kimi qiymətləndirilib.

Xatırladaq ki, Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı saxlanılan "Habertürk" telekanalının baş redaktoru Mehmet Akif Ersoy saxlanılıb və daha sonra vəzifəsindən azad edilib. Mehmet Akif Ersoyun narkotik testinin nəticəsi müsbət çıxıb.

Həmçinin eyni təhqiqat çərçivəsində narkoloji testdən keçirilən "Habertürk" telekanalının aparıcısı Ela Rümeysa Cebecinin də test nəticəsi müsbət olub. Onun test nəticəsində çətənə və kokain maddələri aşkarlanıb.

Eyni iş üzrə saxlanılan televiziya aparıcısı Meltem Acetin narkoloji test nəticəsi isə mənfi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Dekabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see285

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see219

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see217

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see211

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see191

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see190

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see176

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see170

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see166

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see163

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see162

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see160

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see159

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri