Icma.az
close
up
RU
Habl teleskopu yeni obyekt kəşf edib

Habl teleskopu yeni obyekt kəşf edib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Habl Kosmik teleskopu vasitəsilə müşahidələr aparan tədqiqat qrupu indiyə kimi nəzəri olaraq mövcud ola biləcəyi ehtimal olunan yeni tip obyekt tapıblar.  “Cloud-9” adı verilmiş obyekt İlkin kainatda formalaşmış ulduzlarsız, qazla və qaranlıq maddə ilə zəngin bulududur. Bu bulud ilkin qalaktikaların “qalığı” hesab olunur.

Komanda üzvlərinin fikrinə əsasən bu uğursuz bir qalaktikanın hekayəsidir. Belə ki, bu bulud ilkin qalaktikaların necə formalaşdığını göstərir və nəzəriyyəni təsdiq edir. Lakin onun kütləsi ulduz əmələ gətirmək üçün az, kosmosa yayılmaq üçün isə çoxdur. “Cloud-9”u struktur kimi formalaşdıran əsas nüans buludun kütlə payında qaranlıq maddənin üstünlük təşkil etməsidir. Kainatdakı maddənin əsas payının  qaranlıq maddə olduğu fərz olunsa da, onu  aşkar etmək çətindir. Çünki işıq yaymır və heç bir teleskop onu görə bilmir. “Cloud-9” isə qaranlıq maddənin üstünlük təşkil etdiyi nadir nümunədir. Ola bilsin ki, gələcəkdə o qalaktika kimi formalaşa biləcəkdir.

Nəzəri olaraq belə bir obyektlərin mövcudluğu irəli sürülsə də, müşahidədən onların mövcudluğunun bir sübutu yox idi. Obyektin ən büyük yerüstü teleskoplarla müşahidə olunmasına baxmayaraq, yalnız Habbl teleskopu vasitəsilə onun həqiqətən ulduzsuz olduğunu təsdiqləmək mümkün oldu. Bu obyekt digər teleskoplarla müşahidə olunsa idi onun sadəcə zəif cırtdan qalaktika olduğu qənaətinə gələcəkdik. Hablın üstünlüyü də obyektin ulduzlarının olmamasını göstərmək qabiliyyyətidir.

“Cloud-9” üç il əvvəl “FAST” (The Five-hundred-meter Aperture Spherical) radio teleskopu tərəfindən kəşf edilmişdir. Daha sonra ABŞ-dakı “Green Bank” və “VLT” (Very Large Telescope) teleskopları tərəfindən təsdiqlənmişdir. Obyektin adı “Messier 94” spiral qalaktikanın yaxınlığında olan buludlardan 9-cusu kimi identifikasiya olunması ilə bağlıdır. Müşahidə materiallarında onun qalaktika ilə fiziki əlaqədə olması görünür. Kəşf olunmuş bu yeni obyektin tipini “Reionlaşma ilə Limitlənmiş Məhdudlaşdırılmış HI Buludu” və ya qısa olaraq "RELHIC" (Reionization-Limited HI Cloud) kimi qəbul ediblər. H I termini neytral hidrogenə aiddir, "RELHIC" termini isə Kainatın ilk günlərindən qalma hidrogen buludunu, ulduz əmələ gətirməmiş qalığı ifadə edir.  Beləliklə, yeni təsnif olunmuş “RELHIC”lərin ulduzları əmələ gətirmək üçün kifayət qədər qaz toplaya bilməyən qaranlıq maddə buludları olduğu düşünülür. Onlar qalaktikaların əmələ gəlməsinin erkən mərhələsini təmsil edirlər. Bu bulud kainatda bir çox digər kiçik, qaranlıq maddənin dominantlıq etdiyi strukturların - digər uğursuz qalaktikaların mövcudluğunu göstərir.

Müşahidə baxımından, bu uğursuz qalaktikaları müəyyən etmək çətindir, çünki yaxınlıqdakı obyektlər onları işıqlandırır və ulduzsuz olmalarını rahatlıqla ayırd etmək olmur. “Cloud-9” gələcəkdə daha böyük bir qalaktika yarada bilər, bu, onun həcmindən asılıdır. Əgər daha böyük olsaydı, çökər, ulduzlar əmələ gətirər və gördüyümüz digər qalaktikalardan heç bir fərqi olmayan bir qalaktikaya çevrilərdi. Daha kiçik olsaydı, qaz dağıla və ionlaşa bilərdi və çox şey qalmazdı. Lakin o, hələ də “RELHIC” olaraq qala biləcəyi əlverişli bir yerdədir.

Hidrogen buludları astronomlar üçün yeni obyekt deyil, lakin bizim bildiyimiz məlum olan buludlar dağınıq və daha böyük sahəni əhatə edən strukturlardır. “Cloud-9” isə daha kiçik, daha kompakt və sferik quruluşa malikdir. Buluddakı hidrogen qazı Günəşin kütləsindən təxminən bir milyon dəfə çoxdur və qazın təzyiqi qaranlıq maddə tərəfindən yaradılan cazibə qüvvəsi vasitəsilə tarazlaşır. Hesablamalara əsasən strukturu stabil saxlaya biləcək qaranlıq maddənin kütləsi təxminən 5 milyard Günəş kütləsinə bərabər olmalıdır. Buludun diametri isə təxminən 4900 işıq ilidir.

Bu kəşf qalaktikaların əmələ gəlməsi, erkən Kainat və qaranlıq maddənin təbiətinin anlaşılmasını daha da dərinləşdirir. Bu obyektdə ulduzların olmaması qaranlıq maddə buludlarının daxili xüsusiyyətlərinə və qalaktikaların təkamülünün tədqiqində önəmli dönüş nöqtəsidir. “Cloud-9”un kəşfi gələcək tədqiqatlar üçün potensial "qalıqların" aşkarlanmasına və erkən Kainat və qaranlıq maddənin fizikası haqqında yeni mərhələyə  yol açacaqdır.

Qeyd edək ki, bu elmi tədqiqat işi İtaliyanın “Milano-Bicocca” Universiteti, Avropa Kosmik Agentliyinin “AURA/STScI” komandası, ABŞ-ın Baltimor şəhərindəki Kosmik Teleskop Elm İnstitutunun (STScI) əməkdaşları tərəfindən aparılıb. Tədqiqatın işinin nəticələri “The Astrophysical Journal Letters” jurnalında çap olunub.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri