Icma.az
close
up
RU
Hacı Əliyev: Çalışıram ki, Azərbaycan güləşi daim zirvələrdə olsun

Hacı Əliyev: Çalışıram ki, Azərbaycan güləşi daim zirvələrdə olsun

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Yarışlara və qələbələrə öyrəşmişəm. Düşünürəm ki, kifayət qədər güləşdim və böyük uğurlar əldə etdim. İndi isə yeni işimin başındayam".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Paris-2024" Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.

Hazırda Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərən veteran idmançı yeni işindən bəhs edib: “Yaş qrupundan asılı olmayaraq, bütün milli komandaların koordinatoru vəzifəsində çalışıram. Bildiyim işdir. Məşqlərdə və yarışlarda yığmalarla birlikdə oluram. Misal üçün, bu yaxınlarda yeniyetmələr arasında dünya çempionatı keçiriləcək. Mən də güləşçilərimizlə birgə mundiala yollanacağam. Fikrimcə, bu gün idmançıların yanında olmaq onlar üçün də böyük stimuldur. Karyeramı yeni başa vurduğum üçün milli komandanın üzvləri ilə ünsiyyətimiz tamamilə fərqlidir. Onlarla dostluq münasibətimiz var. Sözsüz ki, hörmət də öz yerindədir. Onlarla rahat şəkildə məşq edir, öz bildiklərimi bölüşürəm. Çalışıram ki, Azərbaycan güləşi daima zirvələrdə olsun və uğurlarımızın sayı günü-gündən artsın. Bunun üçün əlimizdən gələni edirik”.

O, aşağı yaş qruplarında güləşin hazırkı durumundan da söz açıb: “Yeniyetmə və gənclərimiz bu yaxınlarda Avropa çempionatından medallarla döndülər. Təbii ki, mükafatsız qalanlar da oldu. Bu o demək deyil ki, həmin uşaqlar zəifdirlər. İdman elə bir şeydir ki, hər zaman qalib gəlmək olmur. Potensiallı yeniyetmələrimizin sayı çoxdur. Bəzən beynəlxalq yarışlarda yer tutan uşaqlar yuxarı yaş qruplarına cəlb olunduqdan sonra nəticə verə bilmirlər. Çalışacağam ki, belə gənclərimiz itməsinlər. Onları xüsusi nəzarətdə saxlayırıq. Başqa cür mümkün deyil. Belə güləşçilərimizi qoruyub saxlamaq lazımdır. Ümid edirəm ki, gələcəkdə də öz işimizlə gözəl nəticələrə imza ata biləcəyik”.

Əliyev qarşıdakı illərdə məşqçi ola bilmək ehtimalından da danışıb: “Əlbəttə ki, ola bilər. Koordinator elə bir vəzifədir ki, sadəcə, idmançılara deyil, məşqçilərin proqramlarına da nəzarət edilir. Əslində, onlara göstəriş verməyə heç ehtiyac yoxdur. Çünki məşqçilərimizin hər biri peşəkardır. Onlar da bir zamanların Avropa və dünya çempionları olublar. Hazırda sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Xetaq Qazyumovdur. Onun da 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına qədər müqaviləsi var. Gələcəkdə hər şey ola bilər. Dəyişikliklər hər zaman gözləniləndir. Mən isə öz növbəmdə güləşimizin inkişafı üçün əlimdən gələni edəcəyəm. Sonuncu dəfə sərbəst güləş üzrə dünya çempionu 2017-ci ildə mən olmuşam. 8 ildir bu nəticəni təkrarlayan yoxdur. Təbii ki, xoş hal deyil. İstedadlı uşaqlarımız var. Ad çəkmək istəmirəm. İnanıram ki, onlar dünya çempionu adına sahib çıxacaqlar”.

Qeyd edək ki, Hacı Əliyev ikiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionudur.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 İyul 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri