Hacı Əliyev U 17 millisinin dünya çempionatındakı çıxışını dəyərləndirib
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın 17 yaşadək sərbəst güləşçilərdən ibarət millisinin böyük məşqçisi Hacı Əliyev Bakıda keçirilən dünya çempionatında daha çox medal qazanmağın yaxşı nəticə olacağını deyib.
İdman.Biz xəbər verir ki, mütəxəssis bunu jurnalistlərə açıqlamasında bildirib. O, yarışa hazırlıq üçün vaxtın az olduğunu vurğulayıb:
“İstərdim ki, on sərbəst güləşçimizin hamısı medal qazansın. Dünya çempionatının başlanmasına ay yarım qalmış fəaliyyətə başladım. Bu, mənim məşqçi kimi ilk işimdir. Güləşçi kimi nəticə qazanmaq başqa, məşqçi kimi uğur əldə etmək isə tamam fərqlidir”.
Hacı Əliyev sərbəst güləşdə rəqabətin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb:
“Yunan-Roma və qadın güləşi ilə müqayisədə sərbəst növdə ABŞ, Yaponiya və İran idmançıları çox güclüdürlər. Buna görə də bizim üçün rəqabət daha çətindir”.
Böyük məşqçi komandanın gələcək yarışlarda daha uğurlu nəticələr əldə edəcəyinə inandığını bildirib:
“Öz üzərimizdə daha çox çalışaraq yaxşı nəticələr qazanacağıq. İbrahim Həsənov kimi digər güləşçilərimiz də uğurlu çıxış edəcəklər. Dünya çempionatının Bakıda keçirilməsi idmançılarımızda müəyyən həyəcan yaratdı. Düşünürdüm ki, azarkeşlərimiz qarşısında çıxış etmək onlara əlavə həvəs verəcək. Lakin bu həvəs həyəcanla əvəz olundu”.
Qeyd edək ki, Azərbaycanın sərbəst güləş millisi dünya çempionatını bir gümüş medalla başa vurub. Komandanın yeganə mükafatını 51 kq çəki dərəcəsində çıxış edən İbrahim Həsənov qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 02 Avqust 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















