Icma.az
close
up
RU
Hacı Məmmədovun 105 illiyi qeyd edildi

Hacı Məmmədovun 105 illiyi qeyd edildi

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, Xalq artisti, həkim-cərrah Hacı Məmmədovun anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir keçirilib.

Axşam.az-ın məlumatına görə, mərkəzdən bildirilib ki, tədbirdə ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət ustaları iştirak ediblər.

Tədbiri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə açaraq unudulmaz tarzənin yaradıcılığından söz açıb, müasir tar ifaçılığında xidmətlərini vurğulayıb. Bildirib ki, öz məktəbini yaratmış görkəmli tarzənin müstəsna xidmətlərindən biri də tar alətini solist kimi ön plana çıxarmağıdır. Bununla da o, solo-virtuoz potensialını parlaq şəkildə göstərməyə nail olmuşdur. Hacı Məmmədovun sənətkarlığının əsas xüsusiyyəti emosionallıq və virtuozluq kimi keyfiyyətlərin qovuşmasından ibarət idi. Tarzən eyni zamanda bəstəkar əsərlərinin mahir ifaçısı kimi tanınıb. Hacı Məmmədov tarın texniki və melodik imkanlarının genişliyini, zənginliyini öz ifalarında ustalıqla əks etdirib.

Yubiley gecəsində ustad tarzənin ifalarından fraqmentlər təqdim edilib. Eyni zamanda Əməkdar artist, tarzən Sahib Paşazadənin Bursa Dövlət Bölgə Simfonik Orkestri ilə çıxışından bir hissə nümayiş olunub. Konsertdə ifa olunan Hacı Xanməmmədovun Tar və orkestr üçün 2 nömrəli konserti Hacı Məmmədova həsr olunub.

Tədbirdə Xalq artistləri, tarzən Ramiz Quliyev və Vamiq Məmmədəliyev, son tələbələrindən olan tarzən Mirxalid Salayev çıxış edərək xatirələrini bölüşüblər, unudulmaz tarzənin həyat yolundan, tar ifaçılıq sənətimizin inkişafındakı xidmətlərindən danışıblar.

Tədbirdə tarzənin ailəsi adından nəvəsi Cahangir Məmmədov çıxış edərək babasının xatirə gecəsinin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib.

Bədii hissədə Xalq artistləri Malik Mansurov, Elçin Həşimov, Əməkdar artistlər Ələkbər Ələkbərov, Vüsal İsgəndərzadə, tarzənlər Elman Sadıqov, Ayaz İmranov, Bəhruz Zeynal, Humay Qədimova, Mirhüseyn Əsədullayev gənc tarzən Mirnofəl Həsənov, xanəndələr Əməkdar artist Qoçaq Əsgərov və Abgül Mirzəliyev çıxış ediblər.

Qeyd edək ki, milli ifaçılıq sənətimizin ən parlaq nümayəndələrindən biri olan görkəmli tarzən Hacı Məmmədov 1920-ci il aprelin 28-də Şamaxıda doğulub. Sənətkarın ifaçılığı ayrıca bir məktəb kimi səciyyələndirilir. Tarzən yaradıcılığı boyu sənətin incəliklərinə dərindən yiyələnib, öz fərdi ifaçılıq üslubuna nail olub. Qurban Pirimov, Bəhram Mansurov kimi böyük tarzənlərin sənət məktəbindən dərs alan Hacı Məmmədov Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Rübabə Muradova, Sara Qədimova və başqa görkəmli xanəndələri tarda dəfələrlə müşayiət edib. Onun zəngin ifaçılıq istedadı, klassik üsluba sadiqliyi, habelə uğurlu improvizə bacarığı musiqisevərlərin könlünü oxşayıb.

Görkəmli tarzən1963-cü ildə Xalq artisti fəxri adına layiq görülüb. İfasında “Orta Mahur”, “Segah”, “Çahargah”, “Zabul”, “Şur” muğamları, xalq musiqisi və bəstəkar əsərləri Azərbaycan Televiziya və Radiosunun Fondunda qorunub saxlanılır. Unudulmaz tarzən Hacı Məmmədov 1981-ci il avqustun 2-də vəfat edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://axsam.az
archiveBu xəbər 15 May 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri