Icma.az
close
up
RU
Habil Məmmədovun 60 illik yubileyi qeyd edildi

Habil Məmmədovun 60 illik yubileyi qeyd edildi

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

19 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının təşkilatçılığı ilə YAP Kürdəmir rayon təşkilatında tanınmış alim, tarix elmləri doktoru, professor Habil Məmmədovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə professor Habil Məmmədov və qonaqlar Kürdəmir rayon Şəhidlər xiyabanını ziyarət etdilər.

Tədbiri giriş sözü ilə açan  Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı professor Habil Məmmədovun həyatı və elmi fəaliyyətindən bəhs edərək onun 2 monoqrafiya, 1 dərslik, 5 dərs vəsaiti, 1 kitab (tərcümə) 80-dən çox elmi məqalə və konfrans materialları, 20-dək proqram və 2 metodik vəsaitin müəllifi olmasından, elmi məqalələrinin Rusiya Fe¬de¬rasiyasında, Ukraynada, Polşada, Qazaxıstanda və Bol¬qarıstanda çap edildiyini, Habil müəllimin Azərbaycanda Bolqa¬rıstanın, Ukraynanın, Polşanın və digər slavyan ölkələrinin tari¬xinə dair ana dilində ilk dərslik və dərs vəsaitləri nəşr etdirərək res¬publikamızda slavyanşünaslığın tədrisi və öyrənilməsi işinə mü¬hüm töhfə verməsindən danışdı.

Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru filologiya elmləri doktoru, professor Fikrət Cahangirov çıxış edərək Bakı Slavyan Universitetinin “Sosial elmlər və Regionşünaslıq” fakültəsinin dekanı Habil Məmmədovun 30 ildən artıq ali təhsil müəssisələrində təcrübəsi olan bir pedaqoq, alim kimi zəngin təcrübəsindən,  Azərbaycan,  Avropa və Şərq ölkələrinin tarixi, Dünyanın siyasi tarixi, Yeni dövr tarixi, Etnologiya, Beynəlxalq münasibətlər tarixi, Geosiyasət və s. fənləri gənc nəslə tədris edən cəfakeş alim kimi yüzlərlə mütəxəsislər yetişdirməsindən, neçə-neçə elm yoluna qədəm qoyan doktorant və dissertantlara elmi rəhbər olmasından, dəyərli tövsiyələri ilə gənc mütəxəsislərin yoluna çıraq tutmasından söhbət açdı.

Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, AMEA Arxeologiya Antropologiya İnstitutunun şöbə müdiri, professor Qafar Cəbiyev çıxışında Habil Məmmədovun ölkəmizdə tarix elminin inkişafına, ali təhsilin yüksəlişinə və gənc nəslin yetişdirilməsinə verdiyi töhfələrdən danışdı. 

Tədbirdə söz alan Yeni Azərbaycan Partiyası Kürdəmir rayon Təşkilatının sədri Ayaz Cəbrayılov, Habil Məmmədovun orta məktəb müəllimi Həcər Məmmədova, Kürdəmir rayon tarix-diyarşünaslıq muzeyinin müdiri Altay İslamzadə, gənc tədqiqatçı Nuralı İsmayılov, ailə üzvlərindən qardaşı Fikrət Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Abduləziz Xanəhmədoğlu, şəhid anası Simuzər Bağıyeva çıxışlarında yubilyarın zəngin elmi fəaliyyəti ilə yanaşı, yüksək insani keyfiyyətləri, vətənpərvərliyi, doğma yurduna bağlılığı və ictimai fəallığını da xüsusi vurğulayaraq onun həm alim, həm pedaqoq, həm də ziyalı kimi cəmiyyətdə böyük nüfuz qazanmasını tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

Monitor vasitəsilə tədbirə qoşulan “Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti”nin fəxri üzvü, Ukrayna Dövlət Regionlararası İdarəetmə Akademiyasının  professoru  Azad Ömərov, Tarix Elmləri doktoru, professor Nərgiz Əliyeva, Habil Məmmədovun müəllimi İradə Ömərova yubilyar haqqında dəyərli fikirlərini söyləyərək, ona xoş arzularını bildirdilər. 

Tədbirin sonunda professor Habil Məmmədov ona göstərilən diqqət üçün tədbirin təşkilatçısı – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin Xaqani Şirvani adına Aran Regional filialına, qonaqlara və bütün tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 İyun 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri