Icma.az
close
up
RU
Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq...

Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq...

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Mədəniyyət Nazirliyi Xalq artisti Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq yayıb. 

Globalinfo.az xəbər verir ki, nekroloqda deyilir:

“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, tanınmış teatr və kino  aktyoru, Dövlət mükafatı laureatı Hacı Murad Yagizarov 13 sentyabr 2025-ci il tarixində, ömrünün 86-cı ilində Almaniyada vəfat edib.

Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəb illərindən səhnə sənətinə maraq göstərib, dram dərnəyində çıxış edib. 1958–1962-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsində (Xalq artisti Məhərrəm Haşımovun kursu) təhsil alıb.

1962-ci ildən sənət taleyini Azərbaycan Dövlət Rus Dram Teatrına bağlayan aktyor burada “Sən niyə yaşayırsan?”, “Həyat necə də qısadır”, “Pik saatı”, “Öz yolunla”, “Valentin və Valentina”, “İvanov”, “Qumluqdakı ev”, “Aydın”, “Şeyx Sənan”, “Qurdlar və quzular”, “Artist və onun kölgəsi”, “Arzu tramvayı” və digər tamaşalarda yaddaqalan obrazlar qalereyası yaradıb.

1950-ci illərin sonundan filmlərə də dəvət alan aktyor “Böyük dayaq”, “Ulduz”, “Arşın mal alan” (1965), “Bir cənub şəhərində”, “Ən vacib müsahibə” və s. filmlərdə maraqlı rollar oynayıb.

Aktyorun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib.  O, 1974-cü ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə Dövlət mükafatına, 2009-cü ildə “Şöhrət”, 2019-cu ildə isə “Şərəf” ordenlərinə layiq görülüb”.

Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Hacı Murad Yagizarovun vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri