Icma.az
close
up
RU
Haci Ruminiya millisinin yeni baş məşqçisi oldu

Haci Ruminiya millisinin yeni baş məşqçisi oldu

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rumıniya milli futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Modern.az xəbər verir ki, Mirça Luçeskudan sonra komandanın sükanı arxasına əfsanəvi futbolçu Georgi Haci gətirilib. Bu barədə Rumıniya Futbol Federasiyasının rəsmi sosial media hesabında canlı yayım zamanı məlumat verilib.

Təyinatdan sonra keçirilən mətbuat konfransında çıxış edən Haci bildirib ki, milli komandanı yenidən təmsil etmək onun üçün böyük şərəfdir:

“Rumıniyanı yenidən təmsil etmək mənim üçün böyük qürurdur. Futbolçu kimi bunu uğurla etmişəm, ümid edirəm ki, baş məşqçi kimi də ölkəmi ən yaxşı şəkildə təmsil edə biləcəyəm. Seçim həlledici rol oynayır. Heyətin formalaşdırılması zamanı iki əsas meyarı ön planda saxlayacağıq. Birincisi, futbolçular həm əsas, həm də gənclər yığmalarında beynəlxalq təcrübəyə malik olmalarıdır. Çünki biz Avropa səviyyəsində mübarizə aparırıq və bu səviyyəyə uyğun oyunçulara ehtiyac var. İkinci meyar isə Rumıniyanın ən güclü futbolçularından ibarət komanda qurmaqdır”.

Qeyd edək ki, 61 yaşlı Haci son olaraq öz ölkəsində “Viitorul” klubunu çalışdırıb və 2025-ci ildə bu vəzifədən ayrılıb. O, məşqçilik karyerasının əvvəlində – 2001-ci ildə də Rumıniya millisinin baş məşqçisi olub.

Bundan başqa, rumıniyalı mütəxəssis müxtəlif dövrlərdə Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi kimi fəaliyyət göstərib. Haci 2003-cü ildə “Bursaspor”, 2007-ci ildə isə FCSB klubunu çalışdırıb.

Xatırladaq ki, Rumıniya millisi 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin pley-off yarımfinalında məğlub olaraq mübarizəni dayandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Aprel 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri