Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı Video
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünən Hacıqabul rayonu ərazisində baş vermiş sel zamanı suya düşən şəxs son anda xilas edilib.
“Qafqazinfo” xəbər verir ki, hadisəyə aid görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, rayonun Paşalı kəndi yaxınlığında dağlıq ərazidən gələn sel yolu keçilməz edib. Bu zaman velosipedlə hərəkət edən vətəndaş seli keçərək əks tərəfə doğru irəliləmək istəyib. Lakin güclü axan su onu aparıb. Ərazidə xidmət aparan polis əməkdaşı velosipedlə birgə selin apardığı şəxsi görərək suya atılıb və onu sahilə çıxarmağa müvəffəq olub.
Həyatını riskə ataraq vətəndaşı xilas edən polis əməkdaşının Hacıqabul RPŞ-nin əməkdaşı polis serjantı Yunis Muradbəyli olması məlum olub.
Həmin anları əks etdirən görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 07 May 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















