Icma.az
close
up
RU
Hacıyevin səfəri: Sübhani Xameneini də aşağıladı

Hacıyevin səfəri: Sübhani Xameneini də aşağıladı

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

Ötən gün İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlər gözlənilməz deyildi. Çünki Mehdi Sübhaninin İranın bəzi qruplarının əlində Azərbaycana qarşı “sözçü” funksiyasını yerinə yetirdiyi artıq hər kəsə bəllidir. “Gözlənilməz” olan niyə bu mətbuat konfransının məhz indi keçirilməsi və niyə onun çıxışının böyük əksərinin yenə də Zəngəzur, Ermənistanın təhlükəsizliyi və s. məsələlərə “yönəlməsiydi”?

Məsələ ondadır ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri yeni başa çatıb və səfər dünya mediasinin belə diqqətini cəlb edib. Hikmət Hacıyev xarici işlər naziri Abbas Arakçı və Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Əkbər Əhmədianla, həmçinin İran Prezidenti Məsud Pezeşkianla da görüşlər keçirdi və bu da beynəlxalq ekspertlərin gündəminə düşdü. Maraqlıdır ki, məhz bu görüşlərdən sonra Azərbaycanın İranla münasibətləri “yenilədiyi” haqda fikirlər səsləndirildi və bunun ardınca nüfuzlu beynəlxalq media qurumlarında bu “yaxınlaşmanın” heç də Azərbaycanın maraqlarını əks etdirmədiyi haqda mövqelər səsləndi. Belə görünürdü ki, bu səfər və İrandakı səfirliyimizə teror hücumu edən Yasin Hüseynzadənin edam cəzasının Ali Məhkəmə tərəfindən təsdiqlənməsinin bu səfərlə eyni vaxta düşməsi - deməli, Azərbaycanın prinsipial mövqeyinin qəbul edilməsi, - Astara yük terminalında işlərin sürətlənməsi, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən “Araz dəhlizi” – İrandan keçən yolun tikintisinin gedişi və s. iqtisadi-siyasi və ticari münasibətlərdəki ortaq maraqlardan çıxışetmə istiqamətində cəhdlər bəzi beynəlxalq gücləri, xüsusilə İrana qarşı olanları qane etmir. Çünki Azərbaycana “tövsiyə” verən sözügedən şərhçilər İrana düşmən dövlətləri təmsil edirlər.

Ancaq belə görünür ki, İran-Azərbaycan münasibətlərində yumşalma hətta İranın “qırmızı xətti”ni ayaqları altına alıb, elədən-elə, belədən belə tapdayan və İranla sərhədə nəinki 3-cü – AB “missiyasını”, - həm də 4-cü – ABŞ sərhədçilərini – qüvvəni yerləşdirməyə hazırlaşan Ermənistana hələ də “stavka”ya davam edən İranın bəzi güclərini də “narahat” edib.

Diqqət edin: Sübhani AB “missiyası”nın uzadılması ilə bağlı izahı “anladığını” bildirir, Ermənistan və ABŞ arasında imzalanan strateji tərəfdaşlığa dair xartiyanın İran-Ermənistan münasibətlərinə təsir etməyəcəyindən bəhs edir, Güney azərbaycanlıların İrəvanın mərkəzində “Qarabağ” mahnısı oxumasını pisləyir və s.

Olduqca maraqlıdır: Sübhani bilmirmi ki, AB-nin “müşahidə missiyası” yalnız kəşfiyyat fəaliyyəti ilə məşğuldur? Bu “missiya”nın tərkibində sabiq kəşfiyyatçılar və zabitlərin olduğu rəsmi şəkildə etiraf da deyil, elan edilib. Bəs, bu kəşfiyyatçılar Ermənistan sərhədində nəyin müşahidəsini aparırlar?

Hər bir halda bu kəşfiyyat məlumatlarının Azərbaycana çox az aidiyyəti var – Azərbaycan onsuz da kifayət qədər açıq ölkədir: qapalı, hərbi potensialı daim “yer altında” olan, nüvə silahı yaratması barədə ciddi şübhələrin olduğu və ümumuyyətlə HƏMAS, Hizbullah, Bəşər Əsəddən sonra bütün gözlərin “dikildiyi” ölkə İrandır. Hər tərəfdən İran ətrafında halqa daralır və bütün kəşfiyyat məlumatları da bu ölkəyə qarşı toplanır.

Sübhani həmçinin öz ölkəsinin ən yüksək səviyyədə dilə gətirilən və vaxtaşırı olaraq səsləndirilən narahatlığını da bilməmiş deyil. İran sərhədlərində 3-cü qüvvənin olmamasını dəfələrlə səsləndirib. Ermənistanın AB “missiyası”nın ardınca İranla sərhədə ABŞ sərhədçiərini gətirməyə əsas verən “strateji tərəfdaşlıq xartiyası”nı imzalaması Sübhanini niyə narahat etmir? Əksinə, dolayısı ilə bunu dəstəklədiyini ifadə edir.

Halbuki Təhlükəsizlik Şurasının katibi Əhmədian elə ötən ay Ermənistana səfəri zamanı Cənubi Qafqaza 3-cü ölkələrin qüvvələrinin yerləşdirilməsinə etirazını açıq şəkildə ifadə etmişdi və hətta onun bu sözləri Mirzoyanın ABŞ səfərindən öncə deməsi İrəvana xəbərdarlıq kimi qəbul edilmişdi. Ancaq bu xəbərdarlıqdan 4 gün sonra Mirzoyan hakimiyyəti təhvil verməyə hazırlaşan ABŞ administrasiyası ilə xartiya imzalayır, İran səfiri isə mətbuat konfransında bunu dolayısı ilə dəstəkləyir?

Belə görünür ki, Sübhani faktiki olaraq indiki İran hökumətinin siyasətinə qarşıdır!

Keçək, “Qarabağ” havasına: Ermənistan rəhbərliyinin özü bircə dəfə də olsun İrəvanın mərkəzində “Qarabağ” mahnısının oxunmasını tənqid etməyib, əksinə, o ifanı çəkib, milli nifrət hissini oyatmaq üçün bunu xüsusi şərhlə yayan şəxsə qarşı cinayət işi qaldırıb və hazırda həmin şəxs – Qərib Babayan – polisin nəzarətindədir, paylaşımlarına qadağa qoyulub, istintaq isə davam edir.

Yəni Ermənistan rəhbərliyi İrəvanın mərkəzindəki Respublika meydanında “Qarabağ” mahnısı oxuyanlara qarşı hər hansı ifadə işlətməyi beynəlxalq hüquq normaları baxımından məqbul saymır, çünki insandırlar və oxuyublar, ancaq İran səfiri Sübhani bunu “rasizm və millətçilik” adlandırır.

Qarabağ – hər zaman Azərbaycanın olub, bütün beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın tərkib hissəsi sayıb; üstəlik, Xamenei də Qarabağın müsəlman torpağı olduğunu elan edib. Həmçinin Ermənistan hakimiyyəti də 2022-ci ildə rəsmi olaraq Qarabağın Azərbaycan torpağı olduğunu elan etdi və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi, indi də delimitasiya və demarkasiya prosesi başlayıb, Qazaxın 4 kəndi geri qaytarılıb və s.

Sübhani nəinki beynəlxalq qanun və normalara, hətta təmsil etdiyi ölkənin lideri Xameneiyə də, təmsil olunduğunu ölkənin rəhbərinə də… - yumşaq desək, zidd gedir, təmsil etdiyi və təmsil olunduğu ölkələrin qərarlarını ayaqlarının altına atır, liderini təhqir edir, alçaldır ki, təki Ermənistandakı revanşist-faşist ünsürlərin hisslərinə “sığal çəksin”?

Diplomatiyada qəbulolunmaz bir şeydir. Normal ölkələr belə halda nəinki səfirini geri çağırır, onu ümumiyyətlə xidmətdən rədd edir.

Yeri gəlmişkən, Sübhani ilə eyni vaxtda SEPAH üzvü də nədənsə Ermənistanın sərhədlərinin toxunulmazlığı haqda bəyanat verməyi lazım bildi. Nə baş verir?

Belə məlum olur ki, bu şəxsləri İranın “qırmızı xətləri”nin tapdanması, İranın təhlükəsizliyi və İranla bağlı kəşfiyyat məlumatlarının toplanması, nəticədə, məsələn, Tehranda, öz evinin içində, gözünün qabağında HƏMAS liderinin - İran prezidentinin andiçmə mərasiminə gələn qonaq İsmayıl Haniyənin qətlə yetirilməsi ilə nüfuzunun bir qəpiklik olması, Xameneinin sözlərinin əksinə getməklə liderlərini hörmətsiz etmək, qeyri-diplamatik addımlarla İran diplomatiyasını ləkələmək və İran siyasətinə inamsızlıq yaratmaq qəti narahat etmir.

Bunları “narahat edən” yalnız Azərbaycanla İran arasında normal münasibətlərin olmasıdır!

Bu qrup İranla Azərbaycan arasında əldə olunan son razılaşmalar və sazişlərin reallaşmasına imkan verərmi?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sitat.info
archiveBu xəbər 07 Fevral 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see287

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see228

Bakıda binadan yıxılan kişi öldü

13 İyun 2026 10:33see193

15 21 iyun tarixlərində hansı bürclər mənfəət gözləyə bilər?

13 İyun 2026 15:43see180

Tanınmış aparıcının ARXİV FOTOSU yayıldı

14 İyun 2026 03:45see175

Şuşada qurulan birlik: Cənubi Qafqazın siyasi gündəliyini müəyyən edən Bakı

13 İyun 2026 18:09see175

Dünya çempionatı: Braziliya mllisi xal itirib

14 İyun 2026 04:09see175

Bakıda parkinq böhranı: Yer yoxdur, qiymətlər isə artır VİDEO

13 İyun 2026 08:28see173

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

14 İyun 2026 04:04see173

DÇ 2026: İngiltərə millisinin düşərgəsində oğurluq

13 İyun 2026 07:24see172

Dünyada neft ucuzlaşır

13 İyun 2026 10:10see170

DÇ 2026: ABŞ Paraqvaya rəhm etmədi

13 İyun 2026 08:01see170

Dünya çempionatı kim üçündür, azarkeşlər üçün, yoxsa reklamverənlər üçün? Kloppdan sərt fikirlər

14 İyun 2026 02:33see168

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

14 İyun 2026 15:50see168

Dövlət “bir daşla üç quşu necə vura bilər”? “Uşaq pulu” ilə bağlı təklif

13 İyun 2026 13:50see167

Qaziantepdə güclü zəlzələ baş verib

13 İyun 2026 10:14see165

Azərbaycan İsrail münasibətlərinin daha yeni səviyyəyə qalxacağı mütləq olacaq

14 İyun 2026 02:31see158

Şuşada TDT nin rəqabət qurumları arasında birgə kommünike qəbul edilib

13 İyun 2026 14:44see153

Hindistanın Rusiyadan neft almasını ABŞ istəyib XİN rəhbəri

13 İyun 2026 10:58see152

VƏTƏN SEVDALISI NƏSİR BƏY

13 İyun 2026 19:30see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri