Hadisəni gizlədən və ya akt tərtibindən boyun qaçıran şəxslər məsuliyyət daşıyırlar
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Əmək Məcəlləsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisə barədə, ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisə baş verən gün Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) məlumat verməlidir.
525.az xəbər verir ki, bunu DƏMX-in rəisi Vəli Quliyev “Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, əmək münasibətlərinin elektronlaşdırılması sahəsində ötən ildə görülmüş işlər və 2026-cı ilin hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçotu Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş Qaydalarla tənzimlənir. Həmin Qaydalara əsasən, işçinin əmək vəzifələrini yerinə yetirərkən, müəssisənin mənafeyi naminə fəaliyyət göstərərkən, işə gedərkən və ya işdən qayıdarkən, eləcə də əmək fəaliyyəti zamanı kənar şəxs tərəfindən bədən xəsarətləri alması halları təhqiq edilməlidir.
"Daxil olmuş məlumat əsasında DƏMX hadisənin istehsalatla bağlılığını araşdırmaq üçün komissiya yaradır. Araşdırma başa çatdıqdan sonra işəgötürən tərəfindən müvafiq akt tərtib edilir və bir nüsxəsi zərərçəkən işçiyə təqdim olunur. Hadisəni gizlədən və ya akt tərtibindən boyun qaçıran şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar", - deyə V. Quliyev qeyd edib.
Baxış sayı:37
Bu xəbər 22 Yanvar 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















