Icma.az
close
up
RU
“Hadisəni öpməkdən imtina etdi, Murat Boz onu görən kimi qaçdı” azərbaycanlı müğənni illər sonra ETİRAF ETDİ ÖZƏL+FOTO

“Hadisəni öpməkdən imtina etdi, Murat Boz onu görən kimi qaçdı” azərbaycanlı müğənni illər sonra ETİRAF ETDİ ÖZƏL+FOTO

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“2016-cı ildə mən “O səs Türkiyə” musiqi yarışmasına qatıldım və iştirak etdim. Orada bir türk qardaşımızla fərqli-fərqli janrlarda duellərə çıxırdıq. Hadisə xanım bir az çətinlik çəkdi bizi seçməyə, ona görə də Okanı seçdi. Mən həmin yarışmada dedim ki, “ermənilərə məğlub olsaydım üzülərdim, mən öz qardaşıma uduzmuşam və bununla da fəxr edirəm”. Bu sözüm Acun bəyə xoş gəldi və 2017-ci ildə məni yenidən yarışmaya dəvət etdi. “Duyanlara duymayanlara” mahnısını ifa etdim. Artıq Bakıya qayıtdığım zaman gördüm ki, məni hər kəs tanıyır və insanların sevgisini qazanmışam”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, ölkəmizi dəfələrlə yarışma və müsabiqələrdə təmsil edən Ozan Əhmədov deyib.

O daha sonra yarışmada gündəm olan hərəkətindən danışıb:

“O ki, qaldı Hadisə ilə bir dəfə görüşməyimə..  Yarışmaya qatıldığım zaman mən ilk dəfə idi ki, Türkiyəyə gedirdim və bilmirdim ki, onlarda iki və ya üç dəfə bir-birləriylə görüşürlər. Çox çətin və ağır bir uşaqlıq yaşamışam. Elə imkanımız olmayıb ki, evimizə türk kanallarını göstərən aparat alaq. Ona görə məlumatsız olmuşam. Azərbaycanda hər kəs bir-biri ilə görüşəndə bir dəfə öpür. Bir üzlə görüşürlər. Türklərdə də iki dəfə. Anidən görüşdüm, Hadisə xanım ikinci dəfə məni öpmək istəyəndə belə demək mümkündürsə qaçdım. Bu öncədən planlaşdırılmış bir şey deyil, real hadisə idi. Bu hadisəyə şahidlik edən Murat Boz isə bunu görən kimi oradan uzaqlaşdı. Hazırda 2027-ci ildə keçiriləcək “Survivor” yarışmasına hazırlaşıram. “Acun medya”-da çalışan bir çox dostlarla əlaqələrim bu gün də qalıb”.

Ozan bildirib ki, müxtəlif janrlarda ifa etməyi bacarsa da, özünün də çox sevdiyi bir janr var:

“Tərzim və janrım demək olar ki, Avropada ən çox sevilən janrlardandır. Pop janra bir az da Flamenco janrı qatıb çalışıram. Onu da qeyd edim ki, hazırda bizim xalq və klassik mahnılarımızı yeni tərzdə ifa edən gənclərin 80 faizi savadı olmayan və səs tonu zəif olan ifaçılardır. Bu bir tərəfdən insanları və öz kütləsini aldatmaq deməkdir. Hər bir musiqiçi özü-özünü gözəl bilir ki, nəyə qadirdir. Bu müğənnilərin piar menecerləri sadəcə çox gözəl işləyir. O müğənnilər sanki blogerdir. Mənə elə gəlir ki, musiqiçi öz musiqisiylə, şair öz şairliyiylə, müğənni isə oxumağı ilə gündəmə gəlməlidir. Amma indi tərsinədir. Ailə-məişət, qalmaqal və artıq-əskik söz-söhbətlər edirlər. Bu da piar üçündür. Bu yerdə sənətdən söz gedə bilməz. Hazırda bir neçə layihə və ifa üzərində işləyirəm, bu günlərdə təqdim edəcəm. Akif İslamzadənin “Bu gecə” mahnısını özünün icazəsi və razılığı ilə ifa etmişəm. Onları da yaxın günlərdə təqdim edəcəm”.

Qeyd edək ki, Ozan Əhmədov “O səs Türkiyə” yarışmasında bir-birindən maraqlı ifaları ilə yadda qalıb. Onun ifasında “duyanlara-duymayanlara” mahnısı daha çox sevilib və məşhurlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri