Icma.az
close
up
RU
Hadisənin yeni filmini TikTok qadağan etdi Foto Yeni Sabah

Hadisənin yeni filmini TikTok qadağan etdi Foto Yeni Sabah

Müğənni Hadisenin yeni çəkildiyi ekran işi "Esas oğlan" Tiktokda qadağan edilib.

Yenisabah.az xəbər verir ki, ekran işində açıq-saçıq səhnələr yer aldığından sosial platforma filmin görüntülərinin nümayişini dəstəkləməyib.

Bu barədə Hadise şəxsi sosial şəbəkə hesabında bildirib.

"Gülürəm... Bu gülməli deyil? Bu platformalar azadlığı müdafiə etdiklərini demirlərmi? Hər cür videoların paylaşıldığı, uşaqların sui-istifadə edildiyi, pul qazanmaq üçün bədənlərin ifşa edildiyi məzmunlara icazə verilir, lakin sevgi səhnələri "əxlaqsızlıq" elan edilir. Təcavüz səhnələri, silahlar və qadağan olunmuş maddələr qəbul edildiyi halda, niyə eşq səhnələri qadağandır?" - deyə ifaçı yaranmış vəziyyətə üsyan edib.


seeBaxış sayı:23
embedMənbə:https://yenisabah.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri