Icma.az
close
up
RU
“Haka” rəqsi edən deputatlar cəzalandırıldı Bu ən sərt qərardır

“Haka” rəqsi edən deputatlar cəzalandırıldı Bu ən sərt qərardır

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Yeni Zelandiya parlamentində keçirilən iclas zamanı “Haka” rəqsi edərək mübahisəli qanun layihəsinə etiraz edən üç deputata cəza verilməsi tövsiyə olunub. 


Sfera.az xəbər verir ki, “The Guardian” qəzetinin yaydığı məlumata görə, bu hadisədə iştirak edən deputatlar, partiya liderləri Debbi Nqareva Paker və Raviri Vaititi, eləcə də parlamentin ən gənc üzvü Hana Ravhiti Maipi Klark yerli Maori qəbilələri ilə İngiltərə arasında 1840-cı ildə imzalanmış “Waitangi” müqaviləsinin yeni qanun layihəsi ilə radikal şəkildə yenidən şərh edilməsinə qarşı çıxıblar.


Aprel ayında qanun layihəsi gündəmdə olarkən Maipi Klark “Haka” rəqsi ifa etdiyi anda sənədin bir nüsxəsini cıraraq sosial mediada böyük səs-küyə səbəb olmuşdu. Hadisə parlamentin intizam komitəsinin diqqətini çəkib və nəticədə imtiyazlar komitəsi hər üç deputatın parlamentdən müvəqqəti uzaqlaşdırılmasını tövsiyə edib. Tövsiyəyə əsasən, Nqareva Paker və Vaititi üç həftə, Maipi Klark isə yeddi gün müddətində parlament iclaslarında iştirak edə bilməyəcəklər.


Komitənin hazırladığı hesabatda bildirilib ki, deputatların bu hərəkəti digər üzvlər üçün qorxu yarada biləcək xarakter daşıyır və parlamentə hörmətsizlik kimi qiymətləndirilir. Bildirilib ki, “Haka” rəqsi parlamentdə əvvəllər də ifa edilsə də, bu dəfə onun məqsədi və zamanlaması ciddi narahatlıq doğurub və qanunvericilik prosesinə mane olub.


Komitənin sədri Judit Collins açıqlamasında, tətbiq olunacaq cəzaların komitənin indiyə qədər verdiyi ən sərt qərarlar olduğunu qeyd edib. O, hadisəni “indiyə qədər şahidi olduqları ən pis davranış” kimi dəyərləndirib. Hesabatda həmçinin Nqareva Pakerin bir həmkarına silahla atəş açdığını iddia etməsi də pislənib. Deputat bu ifadəni rədd edərək, dediklərinin “wiri” adlı Maori mədəniyyətinə aid bir hərəkata istinad etdiyini bildirib.


Cəzaların təsdiqlənməsi üçün qərar, çərşənbə axşamı bütün deputatların iştirak edəcəyi səsvermə zamanı veriləcək. Qeyd edək ki, üç deputat parlamentdən uzaqlaşdırıldıqları müddətdə maaş almayacaq və növbəti həftə keçiriləcək büdcə müzakirələrində iştirak etməyəcəklər.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 May 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri