Hakan Fidan Suriyaya gedir: SDG gündəmdə
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya iki günlük səfər edəcək. Səfər çərçivəsində Suriyada davamlı sabitliyin təmin edilməsi və SDG-nin özünü ləğv etməsi prosesi müzakirə olunacaq.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib. Bildirilib ki, Fidanın səfəri Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə avqustun 6-da və sentyabrın 8-də Ankarada keçirilən görüşlərdən sonra planlaşdırılıb.
Fidanın görüşlərində Suriyada davamlı sülh, sabitlik və rifahın təmin edilməsi, həmçinin Türkiyə-Suriya ikitərəfli münasibətləri müzakirə olunacaq. Ticarət, enerji və nəqliyyat sahələri də daxil olmaqla, davam edən əməkdaşlığın institusional çərçivəsi nəzərdən keçiriləcək.
Görüşlərdə SDG-nin buraxılması, Suriyanın cənubundakı vəziyyət və İsrailin Suriyanın təhlükəsizliyinə təhdid yaradan hücumları da əsas müzakirə mövzuları olacaq.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 13 Sentyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















