“İmişli”nin baş məşqçisi: “Riskə getdik və futbol tanrısı bizə kömək etdi”
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“İmişli”nin baş məşqçisi Ervins Perkons Misli Premyer Liqasının doqquzuncu turunda “Şamaxı” üzərində 2:1 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşmanın bərabər mübarizə şəraitində keçdiyini, lakin komandasının qələbəyə daha çox layiq olduğunu bildirib
“Bərabər səviyyəli oyun oldu. Xüsusilə ikinci hissəni qeyd edərdim. Çoxlu qol imkanlarımız yarandı, yüksək təzyiqlə oynadıq və rəqibə problemlər yaratdıq. “Şamaxı” matça 7 oyunluq məğlubiyyətsiz seriya ilə çıxmışdı. Biz onlara sürpriz etmək istəyirdik. Buna görə də taktiki düzülüşümüzü dəyişərək iki hücumçu ilə oynadıq”, - deyə Perkons söyləyib.
Baş məşqçi ikinci hissədə buraxılan qolun komandasının oyununa müsbət təsir göstərdiyini vurğulayıb:
“Fasilədən sonra rəqib oyunun gedişini dəyişmək, daha çox məsuliyyət götürmək istəyirdi. Bilmirəm, onlar buna nail oldu, yoxsa biz səhvə yol verdik. Nəticədə qol buraxdıq. Amma bu, bizə kömək etdi. Çünki həmin qoldan sonra yenidən birinci hissədəki kimi yüksək tempdə oynamağa başladıq. Hər iki komandanın yaxşı imkanları oldu”.
Mütəxəssis qələbə üçün riskə getdiklərini və bunun nəticə verdiyini bildirib:
“Oyunun gedişində yenidən düzülüşü dəyişdik və iki hücumçu ilə oynamağa başladıq. Riskə getdik və bunun bəhrəsini gördük. Turnir cədvəlində daha aşağı pillədə qərarlaşan komanda bəlkə də heç-heçəyə razı olardı. Amma biz razılaşmadıq. Sonda futbol tanrısı bizə kömək etdi və penalti qazandıq. Bu imkandan yararlandıq, son dəqiqələrdə isə müdafiədə yaxşı oynadıq. Üç xal bizim haqqımız idi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 25 Oktyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















