Hakan Fidan: Tramp NATO nun Ankara sammitinə qatılmağı planlaşdırır
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp 7–8 iyulda Ankarada keçiriləcək NATO Zirvəsində iştirak etməyi planlaşdırır.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Sinqapur səfəri çərçivəsində Bloomberg TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan ötən ay Trampla bir neçə dəfə telefon danışığı aparıb və Tramp hər dəfə zirvəyə qatılacağını bildirib.
Nazir vurğulayıb ki, siyasi ritorikaya baxmayaraq, ABŞ NATO-ya sadiqliyini qoruyur və alyansdan çıxmağa hazırlaşdığına dair heç bir əlamət yoxdur.
O əlavə edib ki, Vaşinqton müttəfiqlərdən müdafiə xərclərini artırmağı tələb edir, Avropa ölkələri isə artıq bu istiqamətdə addımlar atmağa başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 02 İyun 2026 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















