Hakan Fidan: YPG ilə bağlı anlaşma yerinə yetirilməlidir
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
PKK terror təşkilatının qanadı SDQ/YPG Suriya ordusuna inteqrasiya etməlidir.
Teleqraf xəbər verir ki, bunu NATO xarici işlər nazirlərinin Antalyada başa çatan qeyri-rəsmi sammitindən sonra Türkiyə xarici işlər naziri Hakan Fidan jurnalistlərə deyib.
“Ortada (PKK-nın ləğv edilməsi ilə bağlı) bir bəyanat var, amma biz bu vədlərin yerinə yetirilməsini gözləyirik. Həmçinin ortada (SDQ ilə Dəməşq arasında) 8 maddəlik razılaşma çərçivəsində atılmalı olan addımlar var. YPG-nin hərbi strukturunun ləğvini və onların Suriyada yeni yaradılmış milli orduya inteqrasiyasını gözləyirik.
YPG-nin bu günə qədər heç bir addım atmadığını görürük. Açığı, bu addımların praktiki olaraq həyata keçiriləcəyini gözləyirik. Suriyada sabitliyin əldə olunması üçün Suriyada vahid silahlı qüvvənin olması lazımdır. Suriyadakı prosesləri bu prinsiplər çərçivəsində izləməyə davam edirik”, - nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 15 May 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















