Icma.az
close
up
RU
“Şəra ilə danışdıq, PKK/YPG məhv olunacaq” Hakan Fidan

“Şəra ilə danışdıq, PKK/YPG məhv olunacaq” Hakan Fidan

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Dünənki səfər mühüm idi. Suriya Prezidenti Əhməd Şəra Səudiyyə Ərəbistanından sonra ikinci səfərini Türkiyəyə etdi. Şəranın PKK/YPG terror təşkilatı məsələsində fikrinin son dərəcə aydın olduğunu gördüm. Bu, Türkiyənin təhlükəsizlik ehtiyaclarını ödəyəcək səviyyədədir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Şəranın aydın olan mövqeyi bizə onu deyir ki, Suriyada tam milli birlik olacaq. Digər yandan, bütün etniklər bərabər hüquqlara malik olmalıdır. Siyasi və inzibati bölgü qəbul edilmir, bu model işləmir. Siyasi qeyri-sabitlik heç kimin xeyrinə deyil. Ölkənin birliyini təmin etmək adı ilə vətəndaşların digər hüquqlarını istisna etmək yaxşı hal deyil”, - nazir bildirib.

Hakan Fidan ABŞ-nin Suriyadakı hərbi qüvvələrini çıxarıb-çıxarmayacağı məsələsi haqda bunları söyləyib:

“Suriyalı qonaqlarımızla danışmışıq. ABŞ-dəki yeni administrasiya yeni gəlib. Tramp administrasiyası buradan gələn məlumatlarla qərar vermə prosesindədir. Həmsöhbətlərimizlə danışıqlarımız genişlənib. Son dərəcə dəqiq qərarın veriləcəyinə ümid edirik. Burada gözləntimiz ABŞ-nin YPG-yə dəstəyini dayandırması ilə əlaqəlidir. Yeni Suriya da öz yoluna davam etməlidir.

Təşkilat kənardan aldığı tapşırıqla (Suriyanın şimal-şərqində) bir düzən qurub. Bu düzən ABŞ-nin dəstəyi ilə özünü saxlayır”.

Türkiyənin baş diplomatı Suriyanın öz bütövlüyü üçün PKK-nı məhv edəcəyini də açıqlayıb:

“Suriya dövləti öz bütövlüyünü təmin etmək üçün PKK üzvlərini məhv edəcək. PKK sıralarında xidmət edən şəxslər qovulmalıdır. Əvvəlcə dinc yola baş vuracaqlar”.

Xatırladaq ki, dünən Suriya prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada səfərdə olub. Əhməd Şəra səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 05 Fevral 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri