Icma.az
close
up
RU
Hakimdən açıqlama: kimlərə ömürlük cəza verilə verilə bilməz

Hakimdən açıqlama: kimlərə ömürlük cəza verilə verilə bilməz

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, cinayətlər ictimai təhlükəliliyi və xarakterinə görə dörd kateqoriyaya bölünür.

Bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyev məlumat verib.

Hakimin sözlərinə görə, cinayətlər böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır olmaqla təsnif edilir. O bildirib ki, qəsdən adam öldürmə cinayətləri xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir və bu əməllərə görə nəzərdə tutulan cəzalar kifayət qədər sərtdir.

Qeyd olunub ki, qəsdən adam öldürmə hallarında yalnız azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Sadə adam öldürmə cinayətlərinə görə cəza 9 ildən 14 ilədək müddəti əhatə edir. Əgər cinayət tamah və ya xuliqanlıq niyyəti ilə törədilərsə, bu halda, 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər.

Nahid Mirzəyev əlavə edib ki, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilik daha humanist yanaşmanı nəzərdə tutur. 14 yaşdan 18 yaşadək şəxslər qəsdən adam öldürmə cinayəti törətdikdə, cinayətin ağırlığından asılı olmayaraq, onlara maksimum 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Hakim həmçinin vurğulayıb ki, ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən kateqoriyadan olan şəxslərə tətbiq edilmir. Bunlara yetkinlik yaşına çatmayanlar, qadınlar və barəsində məhkəmə hökmü çıxarılanadək 65 yaşı tamam olmuş şəxslər daxildir.

Məlumata görə, qəsdən adam öldürməyə görə məhkum olunan şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Əgər şəxs əvvəllər də cinayət törədibsə və residiv halları mövcuddursa, cəza xüsusi rejimli müəssisədə icra oluna bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən şəxslər isə cəzalarını həbsxanada çəkirlər.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 Aprel 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri