Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

“Hakimi boğan” Avezov peşman deyil: İşsiz qalmayacağam

“Hakimi boğan” Avezov peşman deyil: İşsiz qalmayacağam

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Artıq bir neçə gündür Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən Avropa çempionatında Azərbaycan komandasının texniki direktoru ilə makedoniyalı hakim arasında baş verən insident müzakirə olunur.

İdman.biz xəbər verir ki, azərbaycanlı boksçu Yusif Ağakişiyev serbiyalı rəqibi Viktor Maystroviçə qarşı final döyüşündə aşkar üstünlük nümayiş etdirib, qızıl medala çox yaxın olsa da, rinqdəki hakim Stefan Subalevski qələbəni bizim idmançıdan "oğurlayıb".

Boksçumuzun üstünlüyünün nokauta çevriləcəyini anlayan hakim, idmançıların dediyi kimi, Yusifi cəzalarla “boğmağa” başlayaraq layiq olduğu qələbədən məhrum edib.

Buna cavab olaraq, Yusifin məşqçisi, federasiyamız tərəfindən Özbəkistandan dəvət olunmuş texniki direktor Xamza Avezov hakimə fiziki müdaxilə edib – qəzəblə onun üstünə atılaraq, onu boğmağa çalışıb. Bu hadisə rinqdə kütləvi davaya səbəb olub ki, vəziyyəti sakitləşdirmək böyük çətinliklə mümkünləşib.

Nəticədə azərbaycanlı boksçu həm də gümüş medaldan məhrum edilib. Xamza Avezovun taleyi isə yaxın günlərdə Avropa və Azərbaycan boks federasiyaları tərəfindən müəyyən ediləcək.

Özbəkistanlı mütəxəssis Caliber.az saytının suallarını cavablandırıb:

- Xamza, zəhmət olmasa deyin, niyə belə etdiniz? Sadəcə döyüşdən sonra etiraz təqdim etmək olmazdımı?

- Birincisi, məktəblilər arasında keçirilən Avropa çempionatı kimi yarışlarda rəsmi etiraz proseduru, ümumiyyətlə, tətbiq olunmur. Bu da belə hakim özbaşınalığına yol açır. Bunu birinci dəfə deyil ki, görürəm.

İkincisi, ən ağrılısı odur ki, bu cür haqsızlıqlar ən çox azərbaycanlı boksçulara qarşı edilir. Yəni, demək olar ki, hər yaş kateqoriyasında favorit olan bizim uşaqlara. Halbuki bu, yeniyetmələrin psixologiyasını məhv edir. Buna görə də özümü saxlaya bilmədim…

- Baş verənlərə görə peşman deyilsiniz? Həmin an nə düşünürdünüz? Axı sizə ömürlük diskvalifikasiya və ya azı bir neçə illik cəza verilə bilər...

- Yox, həmin an ağlıma heç bir cəza gəlmirdi! Mən yalnız boksçumuzun vəziyyətini düşünürdüm. O hakim idmançının haqqını hər kəsin gözü qarşısında oğurladı, çox ağır psixoloji zərbə vurdu!

- Lakin son 30 ildə boksçularımızdan bir çox qələbə alınsa da, heç bir məşqçi, o cümlədən legioner, belə bir addım atmayıb...

- Bilirsiniz, mən indiyə qədər nə olub-olmadığını deyə bilmərəm. Amma inanıram ki, bundan sonra nələrin baş verəcəyini hamı görəcək. Ümid edirəm ki, hakimlər artıq yüz ölçüb bir biçəcəklər, yəni azərbaycanlı boksçulara qarşı belə haqsızlıqlara yol verməyəcəklər. İstərdim ki, başa düşsünlər – bizim uşaqlarla belə davranmaq olmaz! Xüsusilə də bizim boksçular çox güclüdür və istənilən səviyyəli yarışlarda qalib gəlmək potensialına malikdir. Əminəm ki, bu hadisədən sonra hakimlər Azərbaycanla hesablaşmalı olacaqlar!

- Bəs indi sizi nə gözləyir?

- Bilmirəm. Yaşayarıq, görərik. Amma baş verənlərə görə peşman deyiləm və əminəm ki, işsiz qalmayacağam.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 İyul 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri