Icma.az
close
up
RU
“Halallıq” sertifikatı olan məhsularla bağlı alıcılara VACİB AÇIQLAMA

“Halallıq” sertifikatı olan məhsularla bağlı alıcılara VACİB AÇIQLAMA

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Son dövrlərdə ölkəyə idxal olunan mal piyi və ət məhsulları ilə bağlı aparılan monitorinqlərin nəticələri ictimaiyyətə təqdim olunur. Müvafiq qurumların yaydığı məlumatlara əsasən, bəzi hallarda məhsulların tərkibində normativlərə zidd elementlərə rast gəlinir. Bu səbəbdən mütəxəssislər istehlakçılara məhsul alarkən diqqətli olmağı tövsiyə edirlər.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan “Refresh Group"- un icraçı direktoru, qida mütəxəssisi Seymur Qafarov oxucularımıza bəzi tövsiyələr verib:

“Ümumiyyətlə, gündəlik istifadə etdiyimiz məhsullarda, eləcə də ölkəmizə idxal olunan mal piyi və ət məhsullarında müvafiq qurumlar tərəfindən vaxtaşırı monitorinqlər aparılır və onların nəticələri KİV-də ictimaiyyətə açıqlanır.

Bu baxımdan, istehlakçılara tövsiyə olunur ki, hər zaman aldıqları məhsulun etiketində aşağıdakı məlumatlara diqqət yetirsinlər:

İstehsal və son istifadə tarixi

100 qramlıq məhsulun qida və enerji dəyəri

Məhsulun tərkibi

İstehsalçının faktiki ünvanı və əlaqə vasitələri

Bunlar 523 saylı “Qida təhlükəsizliyi haqqında” qanunvericiliyin tələblərinə uyğun olaraq göstərilməlidir.

Bundan əlavə, məhsulun daşınması üçün tələb olunan temperatur rejimi də önəmlidir. Əgər istehlakçı hər hansı neqativ hal ilə qarşılaşarsa, bu barədə müvafiq qurumlara müraciət edə və adekvat qərarların qəbul olunmasını tələb edə bilər. Bu, onların tam qanuni hüququdur”.

Ekspert halallıq sertifikatı olan məhsularla bağlı vacib məqamı da açıqlayıb:

“Halallıq sertifikatı ilə bağlı olaraq isə hər bir şirkət müvafiq təsdiq aldıqdan sonra bu məlumatı məhsulun etiketində göstərə bilər. Lakin bu sertifikatın verilməsindən sonra da məhsulun tərkibindəki maddələrin uyğunluğunu yalnız səlahiyyətli qurumlar laborator analizlər vasitəsilə müəyyən edə bilər. Çünki istehlakçının özünün məhsulu yerində analiz etmək və DNT-sini yoxlamaq imkanı yoxdur.

Ona görə də, insanlar daim xəbərləri izləməli, məlumatlı olmalı və şübhə doğuran hallarda aidiyyəti qurumlara müraciət edərək rəsmi məlumat tələb etməlidirlər. Əgər halal sertifikatlı məhsulun tərkibində donuz piyi aşkarlanarsa, bu ciddi qanun pozuntusu hesab olunur.

Sonda, məhsul alarkən xüsusilə halal qidalanmaya önəm verən istehlakçılar üçün ən mühüm məqam — bu məhsulları tanınmış, keyfiyyəti və etibarlılığı şübhə doğurmayan mənbələrdən əldə etməkdir. Bu, həm sağlamlıq, həm də dini baxımdan halal qidalanma prinsiplərinə uyğunluq baxımından vacibdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Aprel 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri