Icma.az
close
up
RU
Hamamda çimərkən belə valideynlərindən xahiş edirmişlər ki...

Hamamda çimərkən belə valideynlərindən xahiş edirmişlər ki...

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ekran qarşısında keçirilən uzun saatlar müasir dövrün ən ciddi sağlamlıq risklərindən birinə çevrilib. Sosial şəbəkələr və onlayn platformalar insanları saatlarla hərəkətsiz qoyaraq təkcə psixoloji yorğunluq deyil, həm də ciddi fiziki fəsadlar yaradır. Boyun və kürək nahiyəsindəki ağrılar, gözlərin zəifləməsi, yuxu rejiminin pozulması və artıq çəki problemi bu asılılığın görünən tərəfləridir.
Tibb eksperti Şahvələd Məmmədov Demokrat.az saytına mövzu ilə bağlı fikirlərini bölüşərkən internet dövrünün qaçılmaz reallıqlarına toxunub. O qeyd edib ki, mobil telefonlar, planşetlər və kompüterlər artıq hər bir fərdin gündəlik həyat tərzinin ayrılmaz hissəsidir. Bu texnoloji cihazlardan istifadəni tamamilə dayandırmaq mümkün olmasa da, onların bədənimizə vurduğu zərərləri minimuma endirmək mümkündür.

"Lakin xüsusən gənclərdə, yeniyetmələrdə, hətta məktəb yaşlı uşaqlarda bu cihazlara həddindən artıq meyl bəzən pis vərdişə çevrilir və asılılıq yaradır. Tibbi dildə buna “telefonmaniya” deyirlər. Türkiyədə bu barədə bir neçə nümunə də olub. Hətta bəzi uşaqlar hamamda çimərkən belə valideynlərindən xahiş edirmişlər ki, telefona baxa-baxa çimim. Belə hallar telefon asılılığının nə qədər dərin olduğunu göstərir".
Ekspert bildirib ki, tövsiyə aydındır: 
"Uşaq yaşlarında uşaqları telefonlara həddən artıq meylli olmaqdan qorumaq lazımdır. Onları başqa fəaliyyətlərə yönləndirmək, idman, sağlam həyat vərdişləri daha faydalıdır. Böyüklərə gəldikdə isə vəziyyət bir qədər fərqlidir. Məsələn, uzun müddət siqaret çəkən insanlar illərin yığılıb əmələ gətirdiyi sağlamlıq problemləri ilə üzləşirlər, məsələn, ağciyər xərçəngi. Telefon asılılığı da eyni mənada fiziki sağlamlığa ziyan vurur. Saatlarla telefonla məşğul olan insanlar idman etmir, tənəffüs hərəkətləri etmir, bəzən evdən çölə belə çıxmırlar və yalnız telefonla vaxt keçirirlər. Buna görə də bu vərdişlərdən uzaq durmaq, uşaqlarda və böyüklərdə balansı qorumaq vacibdir".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Aprel 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri