Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

“Hamı hökmdarın güclü olduğuna inandığı müddətdə onun gücü həqiqətən artır”

“Hamı hökmdarın güclü olduğuna inandığı müddətdə onun gücü həqiqətən artır”

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bəzən böyük müharibələrin mahiyyətini generalların xəritələri, cəbhə xətləri, raketlərin sayı deyil, qapalı otaqda deyilmiş bir cümlə daha yaxşı açır. İngiltərənin nüfuzlu “The Economist” jurnalının Vladimir Putinə yaxın mənbəyə istinadən yaydığı iddiaya görə, Rusiya prezidenti müharibənin hansısa mərhələsində yaxın ətrafına belə deyib:“They will hang me”.“Onlar məni asacaqlar”. Bu sözlərin həqiqətən deyilib-deyilmədiyini bilmirik. Jurnal mənbənin adını açıqlamır. Söhbətin nə vaxt və hansı şəraitdə baş verdiyi də məlum deyil. “Onlar” kimdir – Qərb, Ukrayna, rus elitası, yoxsa məğlubiyyəti bağışlamayacaq müharibə tərəfdarları – bunu da bilmirik. Ona görə bu cümləni Putinin təsdiqlənmiş sitatı kimi qəbul etmək olmaz”.

Adalet.az xəbər verir ki, bunu tanınmış jurnalist İbrahim Nəbioğlu deyib. 

Onun sözlərinə görə, amma hətta anonim mənbənin söylədiyi bir cümlə kimi belə, o, müharibənin təhlükəli məntiqini göstərir:

“Çünki müharibəni başlamaqla müharibəni bitirmək eyni şey deyil. Hakimiyyət müharibəyə başlayanda qarşısına siyasi və hərbi məqsədlər qoyur. Ərazi, təhlükəsizlik, nüfuz, təsir dairəsi, tarixi iddialar... Ancaq illər keçir, on minlərlə insan ölür, milyardlarla dollar xərclənir, iqtisadiyyat və cəmiyyət müharibənin tələblərinə uyğunlaşdırılır.Sonra qəribə bir mərhələ başlayır. Artıq sual “Nə qazanacağıq?” deyil. Sual dəyişir: “İndi dayansaq, bütün bunları necə izah edəcəyik?” “The Economist”in Rusiya elitasındakı mənbələrindən birinin söylədiyi başqa bir fikir buna görə daha maraqlıdır. Onun sözlərinə görə, elita daxilində getdikcə belə bir hiss yaranır: “Çar çılpaqdır”. Bu ifadə bəlkə də “Məni asacaqlar” cümləsindən daha əhəmiyyətlidir. Avtoritar hakimiyyətin ən böyük sərvəti təkcə ordu, polis və pul deyil. Onun əsas sərvətlərindən biri məğlubedilməzlik təsəvvürüdür. Hamı hökmdarın güclü olduğuna inandığı müddətdə onun gücü həqiqətən artır. Elita ona tabe olur, məmurlar əmrləri yerinə yetirir, rəqiblər susur. Amma bir gün həmin insanların ağlına “bəlkə o, əvvəlki qədər güclü deyil?” sualı düşəndə hakimiyyətin görünməyən dayaqlarından biri çatlamağa başlayır”.

İ.Nəbioğlu tarixdə bunun qorxunc nümunələri olduğunu deyib:

“1917-ci ildə II Nikolayın hakimiyyəti yalnız rus ordusunun məğlubiyyətlərinə görə çökmədi. Müharibə illərlə davam etdikcə dövlətin idarəolunmaz olduğu düşüncəsi saraya, generallara, aristokratiyaya, hətta monarxiyanın öz dayaqlarına yayıldı. Çar taxtdan endiriləndə onu devirənlər əvvəlcə bolşeviklər deyildi. Öz generallarının belə böyük hissəsi artıq onun hakimiyyətdə qalmasını çıxış yolu hesab etmirdi. Müharibənin hökmdarlar üçün ən təhlükəli xüsusiyyətlərindən biri budur. Bir müddətdən sonra məğlubiyyət dövlət üçün hərbi nəticə olmaqdan çıxıb rəhbər üçün şəxsi təhlükəyə çevrilə bilər.Və həmin andan etibarən dövlətin marağı ilə hökmdarın marağı ayrılmağa başlayır. Dövlət üçün kompromis sərfəli ola bilər; Cəmiyyət üçün müharibənin dayanması sərfəli ola bilər; Əsgər üçün evə qayıtmaq sərfəli ola bilər. Amma rəhbər üçün kompromis hakimiyyətini itirmək deməkdirsə, onun hesabı tamam başqadır.Bu nöqtədə sülh qəribə şəkildə müharibədən daha təhlükəli görünə bilər.Psixologiyada buna yaxın bir anlayış var: batmış xərc yanılması. İnsan hansısa işə böyük pul, zaman və zəhmət sərf etdikdən sonra həmin işin mənasız olduğunu qəbul etməkdə çətinlik çəkir. Məntiqlə dayanmalı olduğu halda, əvvəlki itkiləri doğrultmaq üçün daha çox itkiyə razı olur. Müharibədə isə bu mexanizm dəhşətli miqyas alır. Beş il döyüşmüsənsə, beş ilin qurbanlarına məna verməlisən. Bunun üçün altıncı ili də qurban verirsən.Altıncı ildən sonra yeddinci ili əsaslandırmaq daha asan olur.Beləcə, əvvəlcə məqsədə çatmaq üçün aparılan müharibə bir gün keçmiş qurbanları mənasız göstərməmək üçün aparılan müharibəyə çevrilir.Əgər “The Economist”in mənbəsinin söylədiyi “Onlar məni asacaqlar” cümləsi doğrudursa, onun əsl ağırlığı da buradadır. Bu, qorxan bir insan haqqında cümlə deyil. Bu, daha təhlükəli bir vəziyyət haqqındadır: “Bir ölkənin müharibədən çıxış qapısı ilə bir hökmdarın şəxsi çıxış qapısının artıq eyni yerdə olmaması haqqındadır”. Tarix göstərir ki, belə anlarda ən təhlükəli sual hökmdarın müharibəni qazanıb-qazanmayacağı deyil. Ən təhlükəli sual budur: Əgər sülhdən sonra öz gələcəyini görmürsə, niyə sülhü seçsin ki?”.

Vasif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 Sentyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see318

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see316

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see303

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see297

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see296

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see292

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see291

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see283

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see283

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see258

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see257

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see254

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see253

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see248

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see247

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see243

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see242

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see239

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri