Hamilə aparıcı doğuş sancıları ilə efirə çıxdı Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Amerikanın WRGB kanalının aparıcısı Oliviya Yakit efirə doğuş sancıları ilə çıxıb.
“Qafqazinfo” UPI nəşrinə istinadən xəbər verir ki, bunu proqramın digər aparıcısı Culiya Dann açıqlayıb.
Sancıların artmasına baxmayaraq, dərhal xəstəxanaya getməkdən imtina edən aparıcı peşəkarlıq və soyuqqanlılıq nümayiş etdirərək üç saat efirdə qalıb.
“Biz yaxşı vəziyyətdəyik. Mən burada olmaqdan xoşbəxtəm və bacardığım qədər masada qalacağam. Ancaq yoxa çıxsam, baş verənləri təsəvvür edərsiniz”, - deyə Yakit bildirib.
Proqramın sonunda Oliviya zarafatyana xəstəxanada olmaqdansa, işdə olmağı üstün tutduğunu deyib və izləyicilərə dəstəyə görə təşəkkür edib.
Bildirilir ki, kanalın tarixində ilk dəfə idi ki, qadın aparıcı doğuşa az qalmış üç saat efir aparıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 23 May 2025 04:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















