Hamilə arvadını öldürüb İtaliyaya qaçdı 3 cü uşağı gözləyirdilər
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-da hamilə həyat yoldaşını öldürməkdə təqsirləndirilən və daha sonra İtaliyaya qaçan Li Gilli (Lee Gilley) barəsində məhkəmə qərarı qəbul edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya məhkəməsi kişinin ABŞ-a ekstradisiyasına icazə verib. Hadisə ABŞ-ın Texas ştatının Hyuston şəhərində baş verib. İstintaqın məlumatına görə, 38 yaşlı Krista Bauer Gilli üçüncü övladına doqquz həftəlik hamilə olarkən həyatını itirib.
Əvvəlcə ər polisə müraciət edərək həyat yoldaşının intihara cəhd etdiyini bildirib. Xəstəxanaya çatdırılan qadın ertəsi gün ölüb. Lakin məhkəmə-tibbi ekspertiza qadının boynunda izlər aşkarlayıb. Bundan sonra əri qətldə ittiham olunaraq saxlanılıb. Məhkəmə kişinin bir milyon dollar girov müqabilində azadlığa buraxılmasına qərar verib. Ona pasportunu təhvil vermək və elektron nəzarət qolbağı taxmaq öhdəliyi qoyulub. Buna baxmayaraq, Gilli mayın 1-də elektron qolbağını çıxararaq İtaliyanın Milan şəhərinə qaçıb. O, sərhəd nəzarəti zamanı saxta Belçika pasportu təqdim edib. Bir müddət sonra kişi saxlanılıb. Gilli İtaliyada siyasi sığınacaq istəyərək ABŞ-da ölüm cəzası ilə üzləşə biləcəyini bildirib. O, məhkəmədə həyat yoldaşını öldürmədiyini və haqsız yerə ittiham olunduğunu iddia edib.
İtaliya məhkəməsi daha əvvəl ABŞ-dan kişinin ölüm cəzasına yox, ömürlük həbsə məhkum edilməsinə dair təminat tələb edib. Texasın Harris dairəsi prokurorluğu ölüm cəzası istəməyəcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 20 Oktyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















