Hamilə tələbənin təhsilini davam etdirməsinə hansı maneələr yarandı? VİDEO
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Azərbaycan Dillər Universitetinin üçüncü kurs tələbəsi Xəyalə Xudayarova hamiləliklə əlaqədar yaşadığı ciddi sağlamlıq problemlərinə görə akademik məzuniyyətə çıxmaq istəyib. Lakin tələbənin sözlərinə görə, universitet onun ilk müraciətinə imtina cavabı verib.
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, Xəyalə Xudayarova toksikozdan əziyyət çəkdiyi üçün dərslərdə iştirak edə bilmədiyini və davamiyyətsizliyə görə fənlərdən kəsildiyini bildirib.
Tələbə müraciəti zamanı həkim arayışını və digər zəruri sənədləri də təqdim etdiyini deyib:
"Ərizəmi və bütün zəruri sənədləri universitetin əsas korpusuna təqdim etdim. Hamiləlik zamanı toksikozdan əziyyət çəkdiyim üçün həkimdən aldığım tibbi arayışı da sənədlərə əlavə etdim. Lakin mənə bildirildi ki, hamiləlik və toksikoz keçərli səbəb deyil. Müraciətimə baxılması ləngidildi və nəticədə ilk ərizəmə imtina cavabı verildi".
Məsələ ilə bağlı Azərbaycan Dillər Universitetinə müraciət edilib. Təhsil müəssisəsinin mətbuat xidmətindən bildirilib ki, tələbə ilk ərizəsində soyadını səhv yazıb. Daha sonra ikinci ərizəsini təqdim edib və ona akademik məzuniyyət verilib.
Baxış sayı:74
Bu xəbər 07 Noyabr 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















