Icma.az
close
up
RU
Hamilələr üçün beş vacib vitamin: Artığı da ziyandır, əskiyi də

Hamilələr üçün beş vacib vitamin: Artığı da ziyandır, əskiyi də

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Hamilə qadınların vitamin və minerallara ehtiyacı kəskin şəkildə artır. Onların bəziləri qidadan, bəziləri isə əlavələr şəklində əldə edilə bilər.

Saglamolun.az xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri doktoru Anna Marçenko danışıb.

Onun sözlərinə görə, hər bir qadına uşağın düzgün inkişafı üçün beş əsas mikroelement lazımdır.

Bunlardan birincisi fol turşusudur (vitamin B9).

“Fol turşusu hüceyrələrin böyüməsini və yenilənməsini təmin edir. Onun çatışmazlığı döldə qüsurların artmasına gətirir. Ən çox görülən sinir borusu qüsurudur və ilk trimestrdə meydana gəlir. Buna görə də, fol turşusunun çatışmazlığı uşaqda onurğa sütununun parçalanması, “dovşan dodaqlıq” və ya dodaq-damaq yarığı kimi nəticələrə səbəb ola bilər”, - deyə həkim izah edib.

Növbəti çox vacib mikroelement D vitaminidir.

“O, orqanizmdə kalsium mübadiləsini tənzimləyir: sümük toxumasının və diş minasının formalaşmasına, əzələlərin yığılmasına, sinir impulslarının ötürülməsinə cavabdehdir, maddələr mübadiləsinə, immun və hormonal sistemlərə təsir göstərir. D vitamini çatışmazlığı gələcək körpənin skeletinin inkişafına mənfi təsir göstərə bilər və yeni doğulmuş körpədə raxit xəstəliyinə səbəb ola bilər. Ancaq bu vitaminin əlavə olaraq qəbul edilib-edilməməsinə yalnız həkim qan testlərinə əsasən qərar verə bilər. Əgər hamilə qadın tam və balanslı qidalanırsa, gündüzlər çöldə gəzirsə, bir qayda olaraq, ona əlavə D vitamini dozası lazım deyil. Onun həddindən artıq dozası təhlükəlidir və zəhərlənmə ilə nəticələnə bilər”, - deyə həkim qeyd edib.

Hamilə qadın üçün dəmir də az əhəmiyyət kəsb etmir.

“Bu, dölün beyninin inkişafı, plasentanın formalaşması, həmçinin vaxtında doğmaq, dölün böyüməsində problemlərin profilaktikası, anada preeklampsiyanın (qan təzyiqinin artması və ödem) qarşısını almaq üçün lazımdır. Normal qidalanma ilə hamilə qadın qidadan kifayət qədər dəmir alır. Onun çox hissəsi heyvan mənşəli zülallarda olur. Buna görə də hamilə qadınlar vegetarian pəhrizə riayət etməməlidirlər. Dəmir səviyyəsinin aşağı olması dölün normal inkişafına mane ola bilər. Artıq doza təhlükəli deyil və bir qayda olaraq, ciddi nəticələrə səbəb ola bilməz. Lakin dəmirin normadan artıq olması beynin normal fəaliyyətini təmin edən və orqanizmin immun reaksiyasının formalaşmasında iştirak edən sinkin mənimsənilməsi prosesini poza bilər”, - deyə ekspert vurğulayıb.

Növbəti mikroelement yoddur.

“Onun çatışmazlığı uşaqda əqli qüsurun inkişafına səbəb ola bilər. Doza həddinin aşılması halında, artıq yod bədəndə yığılmır, sidiklə birlikdə xaric olur. Lakin bu mikroelementin böyük dozaları uzun müddət ərzində orqanizmə daxil olarsa, bu, qalxanabənzər vəzinin düzgün fəaliyyətini poza bilər”, - deyə ginekoloq xəbərdarlıq edib.

Siyahını kalsium bağlayır.

“Bu, doğulmamış uşağın skeletinin düzgün formalaşması və ananın dayaq-hərəkət sisteminin sağlam vəziyyətdə saxlanması üçün lazımdır. Tədqiqatlar göstərib ki, hamiləlik dövründə kalsium çatışmazlığı olmayan qadınların sonrakı həyatlarında osteoporoz riski daha azdır. Kalsium əlavələrini özünüz təyin etməsəniz daha yaxşıdır. Həddindən artıq doza hamilə qadın üçün heç də az əhəmiyyət kəsb etməyən dəmirin sorulmasına mane olur”, - deyə həkim yekunlaşdırıb.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri