Icma.az
close
up
RU
Hamiləlik və babasil

Hamiləlik və babasil

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Hamiləlik və doğuş babasilin inkişafı və kəskinləşməsi üçün əsas risk faktorları sayılır.

Hamilə qadınların yarısından çoxunda hamiləlik zamanı babasil inkişaf edir və ya hamiləlikdən əvvəl mövcud olan babasil kəskinləşir.

Doğuş zamanı qbabasilin adının orqanizmi ağır yükləmələrə məruz qalır. Əzələlər həddən artıq gərginləşir, qarın boşluğunda olan təzyiq bir neçə dəfə artır. Bu isə babasil düyünlərinin qanla dolmasına və hətta yırtılmasına səbəb ola bilər. Bu fakt babasildən əziyyət çəkən hamilə qadınları qorxuzur və onlar həkimlərə tez-tez bu kimi suallarla müraciət edirlər: "Babasili olan qadın doğa bilərmi?" Təbii ki, bilər. Lakin hamiləlikdən əvvəl, hamiləlik zamanı və doğuşdan əvvəl qadın müəyyən profilaktik tədbirləri keçməlidir ki, doğuş ciddi ağırlaşmalara gətirib çıxartmasın.

Hamiləlik zamanı babasil nə üçün inkişaf edir? Bunun səbəbləri çoxdur.

- Hamiləlik zamanı qadın orqanizmində hormonal fon çox kəskin dəyişilir və bu əzələlərin və damarların divarlarının zəifləməsinə səbəb olur. Damarlar asanlıqla enlənir və nəticədə düyünlər əmələ gəlir. Bu düyünlər kiçik çanaqda olan durğunluğun nəticəsində qanla dolur.

- Hamiləlik zamanı bağırsaqların əzələləri də zəifləyir və bu tez-tez təkrarlanan qəbizliklərə səbəb olur. Qəbizlik zamanı qadın gücənməyə məcbur olur ki, bu babasil düyünlərinin böyüməsinə səbəb olur.

- Böyümüş uşaqlıq kiçik çanaq damarlarını sıxır və bu babasilin gedişatını daha da ağırlaşdırır.

Babasili (hətta müalicə olunmuş) olan qadın hamiləlikdən əvvəl mütləq proktoloqun müayinəsindən keçməli və damarların divarlarının möhkəmləndirilməsinə yönəldilmiş müalicə almalıdır. Bəzi hallarda qadına cərrahi müalicə təyin oluna bilər. Bəzən hamiləliyin və doğuşun asan keçməsi üçün babasil düyünlərinin xaric olunması zəruridir.

Hamiləlik zamanı babasilin müalicəsi çətinləşir - babasilin müalicəsində istifadə olunan bir çox preparatların qəbulu əks-göstərişdir və ya təhlükəlidir. Bu isə babasili olan qadının vəziyyətini daha da ağırlaşdırır.

Hamiləlik zamanı adətən tərkibində təbii maddələr olan şamlardan (propolis, çaytikanı) istifadə olunur. Həmçinin hamiləlik zamanı xalq təbabəti üsullarından da istifadə etmək olar:

- Çobanyastığı, gicitkən, zəncirotu kimi müalicəvi otların dəmləmələri ilə (ilıq vəziyyətdə) yuyunmalar.

- Ot dəmləmələri ilə kompreslər.

- Aloe şirəsi ilə islatmalar.

Qəbizliklərin qarşısını almaq üçün düzgün qidalanmaq lazımdır. Qidalanmanıza təzə meyvə-tərəvəz, sıyıqlar daxil edin, kifayət qədər maye qəbul edin.

Hamiləlik zamanı işlətmə dərmanlarından çox ehtiyatla və yalnız həkimin məsləhəti ilə istifadə etmək olar. Məsələ burasındadır ki, işlətmə dərmanları bağırsaqların fəaliyyətini gücləndirir, bu isə öz növbəsində uşaqlığın yığılmasına təkan verə bilər. Uşaqlığın yığılması uşaqsalmaya və vaxtından tez doğuşa səbəb ola bilər.

Babasil təbii doğuş üçün əks-göstəriş sayılmır. Qeysəriyyə kəsiyi əməliyyatı yalnız babasilin ağırlaşmaları zamanı (babasil düyünlərinin trombozu, qanaxma, nekroz, infeksiyalaşma) tətbiq oluna bilər. Lakin xoşbəxtlikdən belə hallara tez-tez təsadüf edilmir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri