Icma.az
close
up
RU
Hamiləlik zamanı ayaqlarda qıcolmalar

Hamiləlik zamanı ayaqlarda qıcolmalar

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Bir çox qadınlar hamiləlik zamanı ayaqlarda olan qıcolmalarla üzləşir. Qıcolmalar çox vaxt axşam və ya gecə saatlarında istirahət zamanı özünü büruzə verir.

Qıcolmalardan qorxmaq lazım deyil. Ananın və körpənin səhhəti üçün qıcolmalar təhlükə yaratmır. Lakin tez-tez təkrarlandıqda belə qıcolmalar həm ananı narahat edir, həm də ananın orqanizmində gedən bəzi pozulmalara işarə edə bilər.

Beləliklə, hamiləlik zamanı qadının ayaqlarında (və bəzən də qollarında) olan  qıcolmaların səbəbləri bunlardır:

- Bir çox hallrda bunun səbəbi hamilə qadının orqanizmində kalsium, kalium və maqnezium kimi mikroelementlərin və B6 vitaminin çatışmazlığıdır. Bu pozulma hamiləliyin əvvəlində tez-tez təkrarlanan qusmalar, ortalarında və axırında isə natamam qidalanma, sidikqovucu preparatların qəbulu, böyüyən uşağın bu vitamin və mikroelementlərə olan təlabatın artması nəticəsində yarana bilər.

- Qanda hemoqlobinin səviyyəsinin enməsi də qıcolmalara səbəb ola bilər. Bu zaman qıcolmalardan əlavə qadında halsızlıq, yuxululuq, qaşgicəllənməsi, bayılma və s. bu kimi simptomlar inkişaf edə bilər.

- Damarların varikoz xəstəliyi qıcolmalara səbəb ola bilər. Bu zaman qıcolmalardan əlavə qadın ayaqlarında ağırlıq, yorğunluq və ağrılar hiss edir, ayaq damarları üzə çıxır.

- Qanda şəkərin səviyyəsinin dəyişilməsi.

- Hamiləliyin 3-cü üçaylığında inkişaf edən "aşağı boş damarın sıxılması sindromu" da qıcolmalara səbəb ola bilər. Bu zaman böyümüş uşaqlıq damarı sıxır və bunun nəticəsində ayaqlarda qan dövranı çətinləşir. Qıcolmalar qadını bel üstə və ya saq böyrü üstə uzandıqda daha çox narahat edir.

Qıcolmaların dəqiq səbəbini təyin etmək üçün qadın ginekoloqa müraciət etməlidir.

Bunun səbəbi vitamin və mineralların çatışmazlığı olarsa, həkim qadına hər hansı vitamin-mineral kompleksini təyin edəcək. Lakin hamilə qadın düzgün qidalanmırsa, hətta ən müasir və yaxşı vitamin kompleksi ona az fayda verəcək. Hamilə qadının gündəlik rasionunda ət (toyuq, balıq), meyvə-tərəvəz, müxtəlif yarmlar, süd məhsulları, yumurta, bitki yağları olmalıdır.

Əgər qıcolmaların səbəbi varikoz xəstəliyi olarsa, ginekoloq qadını fleboloqun müayinəsinə göndərəcək. Lazım olduqda fleboloq müəyyən müalicə və xüsusi kompression kolqot və ya corabların geyinilməsini təyin edəcək. Bundan əlavə hamiləlik zamanı varikozun profilaktikası üçün qadın hündürdaban ayaqqabı geyinməməli, uzun müddət ərzində ayaq üstə dayanmamalı və işləməməli, uzandıqda ayaqların altına balış qoymalıdır.

Bundan əlavə qıcolmaların profilaktikası üçün 3-cü üçaylığında qadın sol böyrü üstə yatmalıdır.

Qıcolmalar zamanı ilk yardın məqsədi ilə qıcolma tutmuş ayağın barmaqlarını bir neçə dəfə güclə dartıb-buraxmaq, qıcolma tutmuş əzələni masaj etmək, ayağın üzərinə isti bir şey (məsələn, qrelka) qoymaq olar.

Mənbə: beremennost.net

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri