Icma.az
close
up
RU
Hamiləlik zamanı qadınlarda psixoloji dəyişikliklər

Hamiləlik zamanı qadınlarda psixoloji dəyişikliklər

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hamiləlik insanların nəsil artırmasında vacib və təbii prosesdir. Normal olaraq hamiləlik 40 həftə davam edir və bu müddət öz arasında 3 aylıq olaraq 3 hissəyə ayrılır.

Hər bir hamilə xanım, bu dönəmdə həm bioloji, həm fizioloji həm də ruhi (psixoloji) dəyişikliklərlə rastlaşır.

Hamiləliyin ilk 3 ayında baş verən ruhi dəyişikliklər

İlk 3 ayda qadın bəlkə özü də anlamadan bir sıra dəyişikliklər yaşayır. Bunlardan ən çox müşahidə olunanı ilk 3 ayda körpəni itirmək qorxusudur. Bundan başqa bətnində olan yeni balaca insana qarşı məsuliyyət, narahatlıq hissləri keçirir. Xüsusilə gənc analarda və ya gözlənilməz hamiləliklərdə bu narahatlıq hissi daha da çox olur.

Hamiləliyin ikinci 3 ayında baş verən ruhi dəyişikliklər

İlk 3 ayın stress və narahatlığının öhdəsindən gələn ana, artıq ikinci 3 ayda daha həssas olur. Bədənində baş verən fizioloji dəyişikliklərin fərqinə varmağa başlayır. Çəkisinin artması onda özünə inam və hörməti azalda, artıq çəkidən dolayı stress yaşaya bilər. Bu dönəmdə analıq hissləri qabara və qadın ətraf mühitə qarşı daha həssas ola bilər.

Hamiləliyin üçüncü 3 ayında baş verən ruhi dəyişikliklər

Bu dönəmdə körpəni itirmək qorxusu artıq keçir və qadını daha çox düşündürən məsələ yaxınlaşan doğum olur, bunun üçün nigaranlıq hissləri keçirir. Dünyaya gələcək körpənin məsuliyyətini düşünür. Həm ana, həm də ata doğulacaq körpənin yaşamı üçün stress keçirir.

Hamiləlikdə stress

Hamiləlik qadının demək olar ki, başqa bir həyat tərzinə addım atmasıdır. Bu dönəmdə artmaqda olan məsuliyyət hissi qadını stressə salır. Qadın hamiləlik dönəmində həm körpəsi, həm özü, həm də ailə həyatı üçün narahatlıq yaşayır. Buna görə hamiləlik qadının sosial və şəxsi həyatına mühüm təsir göstərir. Qadın hamiləlik dönəmində yaxşı ana ola biləcəyi ilə bağlı narahatlıq keçirir. "Mükəmməl ana olmalıyam, xətalara yol verməməliyəm, uşağım hamıdan daha ağıllı və sağlam olmalıdır" kimi düşüncələr içində olur. Bu cür nigarançılıqdan dolayı qadın özünü dəyərsiz hiss edə bilər. Davamlı olaraq pis düşüncələrdən dolayı yuxusu pozula bilər, qidalanması düzənsizləşər. Həddindən artıq nigaran olmaq insanlarla, xüsusilə də həyat yoldaşı ilə münasibətlərinə xələl gətirə bilər.

Hamiləlikdə depressiya

Hamiləlikdə yeni həyata adaptasiya nəticəsində yaranan stress qadını bədbəxt və bədbin hala gətirə bilər. Aparılan tədqiqatlar göstərir ki, depressiyaya genetik meylliyi olan qadınlarda hamiləlik depressiyanın oyanmasına səbəb ola bilər. Hamiləlikdə hormonların səviyyəsində yüksəlmə də depressiyaya yol açır. Bu dönəmdə analarda bədbəxtlik, tez küsmə, nigarançılıq, takıntılar izlənə bilər. Anada "birdən uşağa zərər verərəm, birdən mənə nəsə olar" kimi düşüncələrin uzun müddət davam etməsi takıntı halına gələ bilər. İşləyən hamilə qadınlar öz karyeraları ilə bağlı narahatlıq hissləri keçirə bilərlər. Yeni körpənin dünyaya gəlməsi, həyatındakı bir çox əyləncənin sonlanması ilə nəticələnməsini düşünə bilər.

Hamiləlikdə qadının bədənini qəbul etməsi

Hamiləlik dönəmində qadın bədəninin hər yerində fizioloji dəyişikliklər baş verir.
Süd vəziləri körpəni əmizdirmək üçün böyüyür, qarın genişlənir və bədənin müəyyən hissələrində çatlar əmələ gəlir. Bu dönəmdə artıq çəki ən böyük problemlərdən biridir. Qadın bədəni su yığır və şişkinlik yaranır ki, bu da hamiləlikdə çəkini artıran amillərdən biridir. Bu dəyişiklər qadında özünəinam hissini azaldır, artıq cazibədar olmadığını düşünür. Beləliklə, özünəbaxımı azalır. Bu dönəmdə həyat yoldaşlarının qadına verdiyi dəstək, diqqət çox vacibdir.

Hamiləlikdə ailə münasibətləri və cinsi həyat

Normal hamiləlikdə artıq 8-ci həftədən sonra qadında cinsi istək artmağa başlayır. Amma qadın fiziki olaraq özünü pis hiss edirsə, artıq heç kimin onu bəyənməyəcəyini düşünürsə, bu zaman cinsi istək əksinə, azalır. Qadının özünü istəksiz biri kimi hiss etməsi, özünə baxmaması, bəzənməməsi həyat yoldaşına da təsir edir. Hamiləliyin son 3 ayında cinsi istək azalır. Eyni zamanda kişilərdə də bu dönəm qadına qarşı cinsi istəksizlik olur. Kişi hamilə qadını cinsi əlaqə üçün uyğun olmayan biri kimi düşünə bilər. Əsas olan bu dönəmdə qadına daha çox sevgi, qayğı göstərə bilməkdir. Hamiləliyin son aylarında qadının bu nəvazişə çox ehtiyacı olur. Bu sevgi, diqqət və qayğı qadının fiziki baxımdan dəyişilməsinə baxmayaraq, həyat yoldaşı tərəfindən hər halıyla bəyənildiyini, sevildiyini göstərir.

Hamiləlik dönəmində həyat yoldaşları arasındakı münasibətlərdə bir sıra dəyişikliklər ola bilər. Belə ki, qadın artıq bətnindəki körpəni daha çox düşünür, ətrafdakı dost və qohumlar da hamilə qadına daha çox diqqət və qayğı göstərməyə başlayır, nəticədə kişi qıraqda qalır. Qadın hamiləlikdə yoldaşı ilə danışsa belə, demək olar ki, mövzu hər zaman yeni doğulacaq körpə və hamiləlik olur. Kişinin bu zaman içində özünü tək hiss etməməsi üçün hamiləlik və uşaqla bağlı olan mövzulara onu da daxil etməli, birgə planlar qurmalı və mütləq başqa mövzularda da söhbətlər edilməlidir.

Azər Bağırov, uzman, psixiatr

Lent.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri