Icma.az
close
up
RU
Hamiləlikdə təkrarlanan düşüklərin SƏBƏBLƏRİ

Hamiləlikdə təkrarlanan düşüklərin SƏBƏBLƏRİ

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hamiləliyin 20-ci həftəsindən öncə baş verən 2 və ya 3 ardıcıl düşüyə təkrarlanan düşük deyilir. Təkrarlanan düşüklərin bir nömrəli səbəbi genetik faktorlardır.

Düşük, hamiləliyin 20-ci həftəsindən öncə sonlanmasıdır. Hamiləliyin ən çox rast gəlinən  fəsadı məhz düşükdür. Hər hamiləliyin düşüklə nəticələnmə ehtimalı 12%-dir. Təkrarlanan düşüklərin cəmiyyətdə rast gəlinmə tezliyi 1%-dir. Düşüklərin əksəriyyəti 12 həftədən  öncə, hətta ürək döyüntüsü USM-lə görünmədən baş verir. 12-ci həftədən öncə baş verən düşüklər ilk trimestr düşükləri sayılır. 12-ci həftədən sonra meydana gələn düşüklər 2-ci trimestr düşükləri sayılır.

Ən çox qarşılaşdığımız sual: hamiləlikdə təkrarlanan düşüklərin səbəbi nədir?

Təkrarlanan düşüklərin səbəbləri müxtəlifdir. Yuxarıda qeyd etdiyim kimi, ən çox qarşılaşılan səbəbi genetik faktorlar olsa da, düşüklərin baş vermə həftəsinə görə səbəbləri fərqlidir.
İlk həftələrdə ürək döyüntüsü meydana gəlmədən baş verən düşüklərdə əsas səbəb genetik faktorlardır. Mozaisizm, tək gen xəstəliyi, translokasiyalar və s… Bu səbəbdən çox vaxt təkrarlanan düşükləri olan cütlüklərdən karyotip analizi istənilir. Belə cütlüklər təbii yolla da sağlam uşaq sahibi ola bilərlər. Amma bəzən süni mayalanma ehtiyacı meydana gəlir.
Düşüklər özəlliklə 10-cu həftədən sonra döldəki ürək döyüntüsünün anidən durması ilə   baş verirsə, daha çox trombofilik faktorlar (laxtalanmaya meyllilik) ön plana keçir. Bu hallarda sıxlıqla qanaxma baş vermədən öncə döldə ürək döyüntüsü durur. Trombofiliyalar həm qazanılmış, həm də irsi ola bilər. Müalicəsi zamanı qanı durulaşdıran dərmanlar istifadə edilir. Ölkəmizdə bu trombofiliyalar haqqında əfsuslar olsun ki, çox sayda mif gəzir. Həqiqətə uymayan bu rəvayətlər xəstələrdə gərəksiz panikaya səbəb olur. Bir çox xəstədə əsassız yerə trombofiliyalar düşünülərək, “səndə laxtalanma çoxdur”, - deyilərək gərəksiz yerə aspirin və ya kleksan kimi qan durulaşdırıcı dərmanlar təyin edilir. Gərəksiz yerə bu dərmanların istifadəsi hamilələrdə həm psixoloji gərginliyə, həm maddi zərərə, həm də  sağlıq problemlərinə səbəb olur.

Bəs həqiqət nədir?

Əvvəla, “laxtalanmam çoxdur”, - deyən xəstələrə bildirim ki, hamiləlikdə laxtalanma sistemi onsuz da daha çox işləyir. Yəni xalq dilində desək, hamiləlikdə laxtalanmanız çox olmalıdır. Bu, normaldır və hər hamiləlikdə səbəbsiz yerə “fibrinogen” və ya “d dimer” analizləri istənilməməlidir. Bütün hamiləliklərdə bu parametrlər yüksəlir və “d dimer”, yaxud “fibrinogen” nəticələri yüksəkdir deyə qan durulaşdıran dərmanlar təyin edilməməlidir. Koagulogramma deyilən laxtalanma analizi ilə isə trombofiliyalar aşkarlana bilməz. Trombofiliyaları aşkarlamaq üçün bahalı və spesifik analizlar lazımdır. İrsi trombofiliyalar düşünüldüyü kimi çox rast gəlinmir. Qanı durulaşdıran dərmanlar isə nadir qarşılaşılan antifosfolipid sindromu, Faktor 5 Leyden mutasiyası, MTHFR geni mutasiyası, Protein C və S çatışmazlığı kimi çox mürəkkəb hallarda təyin edilir. Əksərən bu xəstələrə qanı durulaşdıran dərmanlar təyin etdikdə mütləq hematoloqla (qan xəstəlikləri mütəxəssisi) konsultasiya edirik. Yenə də təkrarlayıram, bu patologiyalarla düşünüldüyü kimi, çox qarşılaşmırıq, çox qorxulan antifosfolipid sindromu isə ümumiyyətlə nadirdir.

16-cı həftədən sonra ürək döyüntüsü ola-ola baş verən düşüklərdə isə uşaqlıq boşluğunun  patologiyaları ağıla gəlir. Məsələn, uşaqlıq arakəsməsi belə düşüklərə səbəb ola bilər. Eyni zamanda uşaqlıq boynunun çatışmazlığı da 2-ci trimestr düşüklərə yol aça bilər.
Bunlardan əlavə, endokrin (hormonal) patologiyalar da düşüklərə səbəb ola bilər. Məsələn, hamilədə olan şəkər xəstəliyi və ya qalxanabənzər vəzinin xəstəliyi (zob) düşüklərə yol aça bilər. Bu səbəblə bütün hamilələrdə qalxanabənzər vəzinin funksiyaları və qanda şəkər yoxlanılmalıdır. Eyni zamanda luteal faza çatışmazlığı dediyimiz hallarda da ilkin həftələrdə düşüklər baş verə bilər.

Bütün bu xəstəliklərin, patologiyaların ayrılıqda müalicəsi var. Bəzən dərman müalicəsi tətbiq edilir, bəzən isə cərrahi. Ən əsası bunu deyim ki, 3 ardıcıl düşüyünüz olsa belə, ümidsizliyə qapılmayın. Hətta 3 düşükdən sonra belə, normal uşaq doğma ehtimalınız 60-70%-dir.

Rəşad İsmayılzadənin

Ginekologiya üzrə mütəxəssis, cərrah, Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı

Ailem.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri