Icma.az
close
up
RU
Hanı bizim ingilisdilli jurnalistlərimiz? Mətbuat konfransı biabırçılığı

Hanı bizim ingilisdilli jurnalistlərimiz? Mətbuat konfransı biabırçılığı

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Dünən UFC-nin mətbuat konfransında baş verənləri yəqin ki, hamınız gördünüz, eşitdiniz...

Mətbuat konfransları cəmiyyətin informasiya ilə təchiz edildiyi, rəsmi şəxslərin, iştirakçıların və təşkilatçıların fikirlərinin ictimaiyyətə doğru, dolğun və dəqiq şəkildə çatdırıldığı yerlərdir. Bu, nəzəriyyədə belədir. Amma praktikada – xüsusən də Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə bəzən elə bir mənzərə yaranır ki, bu “konfrans” deyil, ifrat dərəcədə hazırlıqsız və başıpozuq bir şouya çevrilir.

Bakıda keçiriləcək beynəlxalq yarış zamanı təşkil olunan mətbuat konfransı da bu məsələnin ağrılı bir nümunəsinə çevrildi. Video sosial şəbəkələrdə geniş yayıldı. İnsanlar güldü, əsəbiləşdi, lağ etdi, ancaq heç kim təəccüblənmədi. Çünki belə hallar artıq bir tendensiyaya çevrilib.

Konfransda ingiliscə sual verilməyə çalışılır, amma ortada nə sual var, nə də ingilis dili. İdmançı ona verilən sualı başa düşmür. Jurnalist sualı bir neçə dəfə təkrarlayır, idmançı yenə başa düşmür. Ortaya sükut çökür. Və bu, beynəlxalq tədbirdə baş verir. Kamera qarşısında. Tərcüməçisiz. Sual verən isə media nümayəndəsidir.

Jurnalist sualı bu dəfə Azərbaycan dilində səsləndirir, bu dəfə isə tərcüməçi, yəni jurnalistlə eyni dilin daşıyıcısı olan soydaşı da onu başa düşmür.

Yəni bu, artıq sadəcə dil bilməmək deyil. Bu, hazırlıqsızlıqdır. Bu, məsuliyyətsizlikdir...

Azərbaycan dilində verilən suallar dahamı yaxşı idi? Əsla! Hətta daha betər idi. Çünki azərbaycanca verilən suallar nə yarışın texniki tərəfinə toxunurdu, nə iştirakçılar haqqında idi, nə də tədbirin əhəmiyyətini üzə çıxaracaq tonda hazırlanmışdı.

Kimsə deyə bilər ki, "jurnalistin ingilis dilini, rus dilini bilmək öhdəliyi yoxdur". Demək olar, hər şey demək olar. İndi hamı nəsə deyə bilir onsuz da. Amma bu fikrin özü nə dərəcədə normaldır?

Mənə görə isə xarici dil bilməyən jurnalistlə yemək bişirə bilməyən aşpazın, yaxud maşın sürə bilməyən sürücünün heç bir fərqi yoxdur. Dil bilməyən jurnalistə haqq qazandırmaq, təskinlik vermək isə zibili palazın altına süpürməkdir.

Açığı, mən bir jurnalist xarici dil bilməməyini normal qarşılamıram. Jurnalist mütləq xarici dil bilməlidir. Məncə, ən azından ingilis dilini öyrənmək bu qədər çətin olmamalıdır. Xarici dil bilgin yoxdursa, necə jurnalist olacaqsan axı? Hansı mənbələrlə, necə işləyəcəksən? Bilmirəm.

Siyasi məsələlər, patriotluğumuz araya girdi, rus dilinə düşmən kəsildik. Şükür Allaha, demək olar ki, indi ölkədə rus dilini bilən də qalmayıb. Olsun. Rus dilini bilməməkdən zərər gəlməz. Düzü, rus dilini bilməyin nəyi zərərli idi, onu da anlamıram, amma olsun. Rus dili ilə sağollaşdıq, düşündüm ki, indi indi hamımız ingilis dilini öyrənəcəyik... Amma... Mənzərə ortadadır. İndi nə rusun dilini bilirik, nə də ingilisin. Bəla odur ki, heç öz dilimizi də düz-əməlli bilmirik.

Jurnalistika fakültələrimizin ingilis və rus bölmələri var. Artıq neçə ildir ki, yüzlərlə tələbə bu bölmələrdən məzun olur. Mənə maraqlıdır, hardadır bu ingilis dilli, rus dilli jurnalistlər? Biz niyə onları görmürük? Dünənki mətbuat konfransında baş verən nə ilk belə hadisədir, nə son. Ona görə də bu sualı verməyə haqqımız var: hardadır universitetlərimizin ingilis, rus bölmələrindən məzun olan jurnalistlərimiz?

Mətbuat konfranslarında sual vermək sadəcə “mikrofon tutub danışmaq” deyil. Bu, həm də jurnalistin, həmçinin təmsil etdiyi ölkənin səviyyəsini göstərmək üçün unikal imkandır. O bir sualın içində həm savad, həm hazırlıq, həm dil bilgisi, həm də hadisəyə yanaşma tərzi görünür.

Bəzən tədbirlərdə azərbaycanlı jurnalist sualı verir, tərcüməçi isə sadəcə donub qalır. Çünki sualın mahiyyəti yoxdur. Yaxud o qədər uzun, dolaşıq və gərəksizdir ki, tərcüməçi onu mənalandıra bilmir.

Nəticədə, sual tərcümə olunmur, cavab verilməyən suala isə jurnalist "məyus" olur.

Bu, artıq sistematik problemdir. Tərcüməçilər peşəkar ola bilər, amma onlara hansı material verilir, bax bunu düşünmək lazımdır. Mövzudan kənar, emosional, sual formasında olmayan cümlələri necə tərcümə etmək olar axı?

Özü sual hazırlaya bilən müxbirlər də yoxdur artıq. Müxbirlərin suallarını redaktorlar hazırlayır, dönə-dönə tapşırır, sonra bir də, bir də... Hanı bu müxbirlərin, jurnalistlərin öz yanaşmaları?

Media bu cür tədbirlərə niyə gedir? Çünki belə tədbirlərdə iştirak prestijdir. Amma orda olmaqla iş bitmir. Orda sual verə bilmirsənsə, sualın tədbirə uyğun deyilsə, sən sadəcə şəklini çəkdirib sosial şəbəkəyə qoyacaqsan, vəssalam.

Ölkəmizdə keçirilən beynəlxalq yarışların əksəriyyəti ölkənin brendini formalaşdırmaq, şəhərin turizm potensialını artırmaq, vətəndaşların müasir texnologiyalarla tanışlığını genişləndirmək üçün təşkil olunur. Yarışların hər biri ciddi hazırlıq, milyonlarla büdcə və minlərlə insanın əməyi ilə baş tutur. Mətbuat isə bu sistemin bir parçası olmalıdır, amma çox zaman prosesə kölgə salan əsas faktora çevrilir.

Əgər sən jurnalistsənsə və beynəlxalq tədbirdə iştirak edirsənsə, bilməlisən: səni orada heç kim tanımır, amma sənin sualına görə ölkəni tanıyırlar. Sənin sözünlə, sualınla Azərbaycanın peşəkarlıq səviyyəsi müəyyən olunur. Mətbuat konfransında sual vermək üçün əlinə mikrofon alanda, ağlına gələn ilk şey də bu olmalıdır.

Tanya xalanın yumşaq bacarıqları - Sahilə Yayanın yeni hekayəsi Əsirlikdən qaçan dahi - Ona niyə fotojurnalistikanın "ata"sı deyirdilər? Sabit Rəhmanın şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edildi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 İyun 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri