Icma.az
close
up
RU
Hannoverdə “EMO 2025” sərgisi keçirilir

Hannoverdə “EMO 2025” sərgisi keçirilir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 23 sentyabr, AZƏRTAC

Almaniyanın Hannover şəhərində Avropanın metal emalı sənayesi sahəsində mühüm tədbirlərdən olan “EMO Hannover 2025” sərgisi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, 50-ci dəfə təşkil olunan sərgiyə 45 ölkənin 1600-dən çox iştirakçı qatılıb.

Sentyabrın 27-dək davam edəcək “EMO 2025” texnoloji yeniliklərin təqdimatı ilə yanaşı, sənayenin qlobal çağırışlara həll yolları tapması, beynəlxalq əlaqələrin qurulması və yeni biznes imkanları, bu sektor üzrə dünyada təklif edilən məhsul və xidmətlər, gələcək texnologiyalar, investisiya mühiti barədə müzakirələrin aparılması baxımından ciddi platforma hesab olunur.

Sərgi çərçivəsində bu il ilk dəfə iqtisadi forum keçiriləcək. Forumda qlobal böhranların, ticarət münaqişələrinin, texnoloji dəyişikliklərin, rəqəmsallaşmanın, nəqliyyat və enerji sahələrindəki dərin transformasiyaların sənayeni böyük çağırışlarla üz-üzə qoyduğu bir şəraitdə avtomobil istehsalçıları, maşınqayırma, aviasiya və tibbi texnika sektorlarının nümayəndələri öz strategiyalarını paylaşacaq və istehsalat texnologiyasında yaranan tələbləri izah edəcəklər.

“EMO 2025”in əsas mövzularından biri də avtomatlaşdırma, davamlılıq, rəqəmsallaşma və süni intellektdir. Qlobal rəqabətin gərginləşməsinin, dəyər zəncirlərinin və beynəlxalq əmək bölgüsünün pozulmasının, yüksələn xərclərin və ixtisaslı işçi çatışmazlığının şirkətləri çətin vəziyyətə saldığı bir şəraitdə davamlı məhsullara tələbatın artması bu sahələrin önəmini üzə çıxarır. Məhz bu baxımdan süni intellekt və ən son yeniliklərin tətbiqi ilə istehsal proseslərinin avtonom şəkildə yerinə yetirilməsi və optimallaşdırmanın təmin edilməsi məsələsi sərgidə diqqət mərkəzində saxlanılacaq.

Qeyd edək ki, 1975-ci ildən təşkil olunan EMO sərgisi iki ildən bir Hannover və Milan şəhərlərində keçirilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri