Icma.az
close
up
RU
Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dərman və həyat tərzi dəyişiklikləri ilə yanaşı, kifayət qədər su istehlakı qan təzyiqini idarə etməyə kömək edə bilər. Araşdırmalar göstərir ki, bəzi hallarda su təzyiqi azalda bilər – xüsusilə dəhidratasiya (orqanizmin susuz qalması) zamanı.

Qaynarinfo "Health"a istinadən xəbər verir ki, hipertoniyası olan insanlarda adətən dehidratasiya müşahidə olunur. Ekspertlər bildirir ki, su təzyiqi nəzarətdə saxlamağa kömək edir, çünki susuzluğun qarşısını alır.

Niyə hipertoniyada su içmək vacibdir?

Tədqiqatlar göstərib ki, orqanizm susuzlaşdıqda, əsasən sudan ibarət olan qan həcmini itirir və bu elektrolit balansının pozulmasına səbəb ola bilər, xüsusilə natrium və digər mineralların yüksək konsentrasiyası yaranır.

Artan natrium səviyyəsi orqanizmdə vazopressin hormonunun ifrazını stimullaşdıra bilər. Bu hormon suyun tutulmasını tənzimləyir və qan damarlarını daraldır, nəticədə damar divarlarına olan təzyiq artır.

Su içmək bu dehidratasiya təsirlərini yüngülləşdirməyə kömək edir.

Normal təzyiq üçün nə qədər su içilməlidir?

Adətən gündə 6–8 stəkan su içmək tövsiyə olunur.

Həddindən artıq su və hipertoniyası

Bəzi hallarda təzyiqin artmasının səbəbi orqanizmdə artıq maye olmasıdır. Araşdırmalar göstərir ki, hipervolemiya orqanizmin artıq mayeni saxlaya bilmədiyi zaman yaranır. Qan həcminin artması damar divarlarına əlavə yük düşür və hipertoniyaya gətirib çıxarır.

Təzyiqi salmağa kömək edən digər içkilər

Su ilə yanaşı, digər içkilər də qan təzyiqini nəzarətdə saxlamağa kömək edir:

Çuğundur şirəsi: 2024-cü ildə yayımlanan araşdırma göstərir ki, gündəlik çuğundur şirəsi qan damarlarını genişləndirən nitratlar sayəsində təzyiqi azalda bilər.

Pomidor şirəsi: Hipertoniyası olan və "pis” xolesterolu yüksək yetkinlər üzərində aparılan araşdırmalar göstərir ki, gündəlik duzsuz pomidor şirəsi istifadəsi bir il ərzində həm təzyiqi, həm də xolesterol səviyyəsini yaxşılaşdırır.

Nar şirəsi: Polifenollarla zəngin olan nar şirəsi qan təzyiqini azaltmağa kömək edir, çünki bu maddələr güclü antioksidantdır.

Qarağat şirəsi: Artıq çəkisi olan və yüksək təzyiqi olan yetkinlər üzərində 470 ml qarağat şirəsi gündəlik 2 ay ərzində təzyiqi azaldıb.

Yaşıl və qara çay: Yaşıl çay qara çaya nisbətən daha təsirli olsa da, hər ikisi təzyiqi salmağa kömək edir.

Elektrolitli su: Magnezium və kalsiumla zəngin su içənlərdə yüksək təzyiq riski adi su içənlərə nisbətən az olub. Kalium da təzyiqi azaltmağa kömək edən elektrolitlərdəndir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Mart 2026 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri