Icma.az
close
up
RU
Hansı jurnalistlərə medal veriləcək ? MEYARLAR, ŞƏRTLƏR, PRİNSİPLƏR…

Hansı jurnalistlərə medal veriləcək ? MEYARLAR, ŞƏRTLƏR, PRİNSİPLƏR…

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik olunacaq. Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar təsis edilən medal veriləcək. Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
Maraqlıdır, bu medallar kimlərə veriləcək? Bu zaman hansı meyarlar, prinsiplər əsas götürüləcək, şərtlər nə olacaq? Xüsusi xidmətləri olan şəxslər kateqoriyasına kimlər aid ediləcəklər? Əsassız iddiaların qarşısını almaq, medalın əhəmiyyətini kiçiltməmək üçün təltif zamanı hansı məqamlar xüsusi nəzərə alınmalıdır? 
Medianews.az mövzu ilə bağlı media mənsublarının fikrini öyrənib.

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Medianın İnkişafı Agentliyinin belə bir təşəbbüsünü müsbət qiymətləndirib. Qeyd edib ki, belə bir medal jurnalistlərin peşəkarlığına, onların əməyinə verilən qiymət baxımından böyük bir stimul yaradacaq: “Bu il Milli Mətbuatımızın 150 yaşı tamam olur. Bununla bağlı müxtəlif tədbirlər nəzərdə tutulur. Hesab edirəm ki, belə bir medal jurnalistlərin peşəkarlığına, onların əməyinə verilən qiymət baxımından böyük bir stimul yaradacaq. Güman edirəm ki, müzakirələrin nəticəsi olaraq, bu medal jurnalistikamızda haqqı, əməyi olan şəxslərə veriləcək. Amma təəssüf edirəm ki, medal söhbəti ortaya çıxan kimi müxtəlif jurnalistlər artıq neqativ fikirlər bildirməyə çalışırlar. Jurnalistlərin və qeyri-jurnalistlərin bir-birinə qarşı əsasız ittihamları ümumiyyətlə media mənsubu adına yaraşmayan halların yaranmasına səbəb olur. Bu da jurnalistlərə qarşı olan etimadı, etibarı azaldır. Bu baxımdan mən bütün peşəkar jurnalistlərə arzu edərdim ki, bir-birilərinə qarşı əsasız ittihamlardan əl çəksinlər. Əminəm ki, Media Agentliyinin bu təşəbbüsü və media rəhbərlərinin, ekspertlərinin, bu sahədə qərar verəcək insanların dəqiq analizləri nəticəsində sözügedən medallar həqiqətən jurnalistikamızda xidməti olan media mənsublarına veriləcək”.
 

Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist, Prezident təqaüdçüsü Qulu Məhərrəmli də hesab edir ki, bu tarixi hadisə milli mətbuatımızın keçdiyi şərəfli yolun tanınması və qiymətləndirilməsi istiqamətində növbəti uğurlu addımdır. Onun sözlərinə görə, “Azərbaycan Milli Mətbuatının 150 illiyi” yubiley medalının təsis edilməsi mühüm hadisə olmaqla yanaşı, həm də rəmzi xarakter daşıyır: “Maarifpərvər ziyalı Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi “Əkinçi” qəzeti Azərbaycan xalqının milli şüurunun və istiqlal ideyalarının formalaşmasına ciddi təsir göstərib. “Əkinçi” ilə başlanan maarifçilik hərəkatı və mətbuat ənənəsi milli oyanışa, bu isə son nəticədə müstəqilliyə yol açıb. Bu nöqteyi-nəzərdən 150 illik yubiley medalının təsis olunmasını müsbət hadisə kimi dəyərləndirirəm. Çünki milli mətbuatımızın 150 illik tarixi qeyd edilir. Bu, Həsən bəy Zərdabinin Azərbaycan mətbuatına verdiyi töhfələrin rəsmi şəkildə tanınması, eləcə də milli mətbuatın inkişafına verilən önəmin göstəricisidir”.

Professor ümid edib ki, sözügedən medal media sahəsində haqqı, əməyi olan insanlara veriləcək: “Bir məqamı da xatırlatmaq istəyirəm. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə xüsusi medal təsis edilmişdi. Bu da tariximizə, o dövrdəki ziyalılarımıza verilən dəyər baxımından

mühüm hadisə sayılırdı. Lakin təəssüf doğuran hal bu oldu ki, belə ali mükafat ona layiq olmayan şəxslərə də təqdim olundu. Düzdür, istənilən sahədə əməyin qiymətləndirilməsi və mükafatlandırılma həmişə obyektiv olmur. Amma elə etmək lazımdır ki, belə məsələlərdə, yəni mükafatlandırılmalarda buna haqqı çatan insanlar kənarda qalmasınlar. Ümid edirəm ki, “Azərbaycan Milli Mətbuatının 150 illiyi” yubiley medalının verilməsində bu cür hallarla qarşılaşmayacağıq”.

Əməkdar jurnalist Azər Həsrət də saytımıza açıqlamasında yubiley medalının təsis edilməsini müsbət hadisə kimi dəyərləndirib, eyni zamanda vurğulayıb ki, bu medal ilə təltifetmə heç də asan olmayacaq: “Adətən belə tədbirlər olanda iddia edənlərin sayı həddindən artıq çox olur. Misal üçün, Əməkdar jurnalist fəxri adına, ayrı-ayrı medallara, ordenlərə iddia edənlər çoxdur. Hətta şəxsən mənim özümə də illərlə müraciət edənlər olub ki, təqdimatımızı verməyə kömək edin, fəxri ad alaq, yaxud təltif olunaq deyə. Mən də soruşmuşam ki, hansı xidmətlərinə görə? Onda da mənə deyiblər ki, bəs filankəsə hansı xidmətlərinə görə verilib? Belə sualların olmaması üçün meyarlar dəqiq elan edilməlidir. Kifayət qədər vaxtımız var. İyul ayının 22-sinə qədər yarım il vaxtımız var. Bunun üçün Azərbaycan Mətbuat Şurası, Medianın İnkişafı Agentliyi, Prezidentin mətbuatla işləyən müvafiq köməkçisi bir araya gəlməli, bağlı qapılar arxasında müzakirə açmalıdırlar ki, hansı kateqoriyadan olan insanlara bu medal verilə bilər. Yəni, filankəsin dostudur, qohumudur, yerlisidir, bunu filankəs təqdim elədi, xahiş etdi kimi məsələlər yığışdırılmalıdır. Azərbaycan mətbuatı qarşısında həqiqətən də xidmətləri olan, jurnalistikanın standartlarına uyğun olan insanlara verilməlidir bu medal. Özü də çox insanlara deyil, az sayda həqiqi media mənsublarına təqdim etməliyik. Yəni, ucdantutma kimə gəldi medal versək, onu gözdən salacağıq”.

Əməkdar jurnalist A.Həsrətin qənaətincə, 150 illik yubiley medalı müstəqil Azərbaycan mediasının formalaşmasında birmənalı rolu, mövqeyi olan, eyni zamanda ölkənin taleyüklü məsələlərinə biganə qalmayan, həmişə sinəsini qabağa verib dövlət və millət üçün öz sözü, qələmi ilə çarpışan adamlara verilməlidir: “Bir sözlə, beynəlxalq səviyyədə Azərbaycanı müdafiə etməyi bacaran, bunun üçün işlər görən şəxslər ilk kateqoriyada olmalıdır. Belələrinə medal vermək olar. Yoxsa elə adamlar var ki, şəxsən mən də tanıyıram, vaxtilə müxtəlif mükafatlar, təltiflər alıblar. Bəzən olur Azərbaycan dövləti, prezidenti, ümumiyyətlə, hər şeyimiz təhqir edilir, kimlərsə üstümüzə gəlir. Amma o adamlar susurlar. O adamlara mən dəfələrlə demişəm ki, siz də bu məsələlərə reaksiya verin, mövqe bildirin. Onlar yaxalarını kənara çəkiblər, boyun qaçırıblar. Amma görəcəksiniz, həmin adamlar yenə gələcəklər ki, mənə də medal verilsin. Mən düşünürəm ki, dövlətimiz monitorinq aparmalı, kimin kim olduğu burada ayırd edilməlidir. Yoxsa, ucdantutma medalpaylama olacaqsa, bu medal artıq dəyərini, əhəmiyyətini itirəcək. Ona görə də dəyər məsələsində diqqətli olmalıyıq. Hər yoldan ötənə medal verilməməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Yanvar 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri